- -
- 100%
- +
Ümid maşınına əyləşincə – Aylına: manyak axıldan kəm, maşınına oturub getdi sürəətlə. Aylın tez yerə çöküb – Sərdara: off ya offf, dur baxım. Sərdarında burnundan qan gəlirdi, canı acıyırdı. Canım yox bir şeyim qorxma, Aylın Sərdara oturmağa yardım etdi. Sərdarın üzünə baxıb üzünü turşudaraq, öz – özünə: mən dəli olan yetmirmiş kimi, qardaşımda məndən betərmiş. Dur mən tibbi yardım çağırım, Sərdar qoymadı. Gərək yox, yardım et qalxım gedək burdan. Aylın yardım etdi, Sərdar ayağa qalxıb bir anlıq özünü toparlayaraq – Aylına: gəl. Çiyninə qolunu salıb, bir əliylə qarnının zədələnmiş yerindən tutuaraq, irəli gedək. Orda taxsi saxladıb, otelə çatdır məni. Aylın – Sərdara: nə oteli? sənin xəstəxanaya getməyin lazımdır.
Zorlada olsa Sərdarın qolunu çiyninə salıb apardı, öz – özünə: bir günümü xəta – bəlasız axşam etmədiniz. Sizinlə mən nə edəcəm? Aylının əsəbləşmişdi, Sərdar gülümsəyib, – Aylına: heç axlıma gəlməzdi, qardaşının şillə – təpiyinə məruz qalcam. Güldüyündə də canı acıdı. Aylın – Sərdara: sus ya sus, bu halınlada zarafat etməyə çalışrsan. Allah mənim cəzamı versin deyərdim, bundan artıq cəzamı olar?
Sərdar xoş idi Aylının deyinərək özünü acılaması, çox darıxmışdı Aylının bu davranışlarıçün.
Axşam olmuşdu, Ramiz Dilqəmlə Nicatın halına üzülərək, baxa qalmışdılar. Nicat ötən axşamdan heç bir şey yeməmişdi, üzünü çevirib heç kimlə danışmadan uzanmışdı. Ramizlə Dilqəm narahat idilər. Nicat Aylın gedəni bir kəlmədə danışmamışdı, qorxurdular Nicat Fazildən heyif çıxmağa qalxar və həyətını məhv edərdi bu dəfə. Ramiz gəlib yanında əyləşib, çiyninə əlini toxunaraq – Nicata: Nicat qalx qardaşım bir şeylər ye, belə olmaz. Biz artıq güclü olmalıyıq Aylının yaşamasıçün, onun xətrinə qalx xayiş edirəm. Nicat cavab vermədi. Ramiz dərindən nəfəs alıb, divra söykənib üzgün baxışlarla baxan Dilqəmə baxdı. Otağın qapısı döyüldü, içəri Fəda girdi. Fədanın otağa girişindən anlaşıldı k,i tək deyildi, ardınca kimsə gəlirdi baxdılar.
İçəri Nicatın xalası girdi. Ramizlə Dilqəm tez yaxınlaşıb arvadla görüşdülər qucaqlaşıb. Nicat bilmirdi xalasının gəldiyini. Fəda – Ramizə: düşündüm bəlkə sözünü dinləyər, gətirdim. Ramiz Fədaya razılığını bildirdi baxışlarıyla. Ramiz – arvada: nə yaxşı gəldiniz, bizi dinləmir. Xalası üzünü çevirib uşaq kimi küskün yatan Nicata baxıb, içini çəkərək gəlib yanında əyləşdi. Əliylə kürəyini sığallayaraq – Nicata: oğlum nədir bu düşdüyünüz hal?
Nicat xalasının səsinə dönüb baxdı. Xalası anladı, Nicatın necə üzgün – peşman olmasını. Xalası -Nicata: gəldim oğlum, burdayam. Nicat uşaq kimi birdən xalasının boynunu qucaqlayıb, içini çəkə – çəkə ağlamağa başladı. Nicat – xalasına: xala mən nə etdim, nə etdim mən. Allahım bu qədər çəkdim həyatdan doğulduğumdan, günahım nədir. Xalasınında gözlərindən yaş süzüldü. Nicatı qucaqlayıb öpüb bağrına basaraq ah çəkdi, can oğlum qurban olaram mən sənə.
Ramiz gil artıq dayana bilmədilər, tez otağı tərk etdilər. Nicatın yana – yana ağlayan səsi dahada yüksəlirdi. Dilqəm dərindən nəfəs alıb – Ramizə: yoxmu içməyə birşeyin?
Ramiz anlayırdı, hamının ürəyinə toxunmudu bütün bu haqsız olanlar.
Sərdarı gətirib yatağına uzandırıb, yaralanmış – əzilmiş yerlərinə məlhəm sürtürdü. Aylın -Sərdara: qoymadın xəstəxnaya aparım, baxsana halına. Sərdara xoş idi canı acısada, ozünə Aylının qulluq etməsi. Sərdar – Aylına: canım ölümüm sənin əlində olsun, başqa heçnə istəmirəm. Aylın məlhəmi kobut çəkdiyində canı acıdı ofuldadı, – Sərdara: o zaman döz ofuldama. Sərdar gülümsəyib, – Aylına: qardaşın sənə çox bənzəyir canım. Aylın dərindən nəfəs alıb -Sərdara: yazığı Nicatda vurmuşdu bir dəfə, anam o hlını gördüyündə çox üzüləcək. Sərdar – Aylına: bağışla, bilsəydim heç əl qaldırmazdım inan.
Aylın əlindəki məlhəmi kənara qoyub, üzgün baxışlarla baxdı. Mən Nicatla görüşə bilməyəcəyəmmi? mənə görə yazı oldu. Sərdara bu sual çox toxunsda, yalandan gülümsəyərək, – Aylına: canım birazda mənimlə qal. Baxsana halıma, qardaşın sağ – salim yerimi qoymamış. Aylının gözləri bir anlıq fikirə daldı, səssiz baxdı bir nöqtəyə. Sərdar üzülürdü bu halına. Sərdar – Aylına: canım nə düşünürsən? sənin düşüncələrində mənə maraqlıdır bilirsən.
Aylın gözünü bir nöqtədən çəkmədən – Sərdara: sən dedin anam tək atamı sevmiş. Elə deyilmi? Sərdar istəmirdi bu haqda danışıb, Aylını üzsün. Sərdar – Aylına: canım o alçağın planı üstdə, plan qurdum mən artıq. İnan ki az qaldı, çatacaq cəzasına. Aylın – Sərdara: demək ki, mənim atamın günahı yoxmuş. Mənim ölüm əmrimi o vermədi, elə deyilmi? Sərdar dərindən nəfəs alıb – Aylına: yox canım vermədi. Mən araşdırdım və gərçəkləri öyrəndim, atan ganahsızdır. Sən dünyaya gəldiyində, işlə əlaqədar başqa yerdə olmuş və bundanda Fazil alçağı istifadə etmiş. Pis işinə qatmış körpə sənidə, ailənə qarşı birinci planının daşını o yerdə qoymuş.
Aylın yavaş səslə öz – özünə: mən isə yazıq atamı günahsız yerdə ganahlandırırdım.
Ürəyimin dərinliklərində ona qarşı şüphəm vardı. Baxsana nə qədər inandırıcı qurmağa başarmış iyrənc planlarını, mənidə şüphədə qoydu atama qarşı əclaf. Sərdar zorla yerində əyləşib, çəkib özünə sıxıb qucaqladı. Sərdar – Aylına: canım dediyim kimi o tək manyak deyil, onun həmdə psixi xəstəliyi var. Ondan gərçəkdən ehtiyat etmək lazımdır, çox qəddar birisidir. Aylın – Sərdara: bağışla, atanıda mənim üzümdən itirdin, hər kəsin qarşısında üzü qarayam. Sərdar Aylını qucaqlayıb, saçlarından öpərək yavaş səslə, – Aylına: sənin günahın yoxdur canım. Özünü bir daha günahlandırmanı isətmirəm, danışdıqmı?
Sən bizimçün canından keçməyə göz yumaraq, ölümdən döndüyünü unutdunmu? sən unutduysanda, mən unutmadım. Atamda hər zaman, sənin necə mərd – cəsarətli olduğunu deyirdi. Xasiyyəti tərs olsada, səni çox istəyirdi. Aylın – Səradara: sən atana heç bənzəmirsən. Sərdar üzünü saçlarına sürtərək, – Aylına: məni sən dəyişdin canım. Kobut xasiyyətimi mülayim, soyuqluğumu isə isti edə bildin sevginlə- varlığınla, sən mənim canımsan. Aylın yazıqda olanlardan elə üzülmüşdü – yorulmuşdu ki, halı qalmamışdı. Başını Sərdarın çiyninə dayayıb, gözlərini yumub artıq bir söz demədi. Sərdar bir ömür yaşasaydı, Aylının qoxusuna, istiliyinə, insanlığına və sevgisinə doymazdı.
Ümid otağında güzgüdən baxaraq, ağzının – üzünün göyərmiş – yaralanmış yerlərini dəsmalla silirdi. Qapı döyüldü, içəri anası girdi. Ümid güzgüdən üzünü çevirmədi ki, anası görüb narahat olmasın. Ümid – Anasına: mən uşaqlarla axşam yeməyimi yedim, siz məni gözləməyin. Anasının elə bil ürəyinə dammışdı, oğlunun özündən nə isə gizlətdiyi. Ümid güzgüdən anasının arxadan özünə yaxınlaşıdığını görüb, dodağını dişləyib baxdı. Anası – Ümidə: üzünü dön mənə. Ümid dərindən nəfəs alıb, çarəsiz döndüyündü. Anası üz – gözünün vurulduğunu görüb, əlini ağzına tutub baxdı. Ümid – nasına: bax anacan qarşında bilmirəm günahkarammı – deyiləmmi. Mən sənə söz verdim, bir daha təkrarlanmayacaq. Ancaq təssüflər olsun sözümü tuta bilmədim, bağışla. Anasının gözləri yaşaqrdı – Ümidə: mənə düzünü de, yenə o Aylınmı səbəb oldu?
Ümid anasının üzünə baxa bilmədi, baxışlarını qaçıraraq kənara baxıb, dərindən nəfəs alaraq, hə ona görə oldu. Anası tez otaqdan çıxıb getdi. Ümid öz – özünə: axxx Aylın axx, bir daha qarşıma çıxma. Sənin Allah cəzanı versin, anasının ardınca tez otaqdan çıxdı.
Atası qazet oxuyurdu divanda əyləşib. Qapı açıldı, otağa gözləri yaşlı arvadının girdiyini görüb, tez ayağa qalxaraq – arvadına: canım nə oldu?
Arvadı bir söz deyə bilmədi, gəlib ərinin sinəsinə qısılıb ağlamağa başladı. Bu vaxtdı içəri Ümidin üz – gözü vurulmuş yaralı halda girdiyini gördüyündə, anladı nəyə görə anasının ağladığını. Atası – Ümidə: oğlum sən nə gündəsən nə oldu, bu nə haldır?
Ümid əllərini belinə qoyub, üzgün baxışlarla atasına qısılıb ağlayan anasına baxdı, ügün baxışlarla. Yaxınlaşıb anasını sakitləşdirməkçün, çiyninə əlini qoyaraq – anasına: anacan. Bilmirəm nədən, mən sadəcə yardım etmək istədim ona. Anası atasınin sinəsinə əlini vuraraq ağlaya – ağlaya, – ərinə: o Aylın nə istəyir oğlumdan. Mən artıq rahat yata bilmirəm, duyursanmı məni? Rəhim bir şey et. Oğlumuzu bizdən alınca bir şey et, nə olar yardım et, içini çəkərək ağladı yazıq arvad. Atası – Ümidə: Aylınmı? Ümid başını narazılıqla sirkələyərək, – atasına: o qız bəla kəsildi mənə. hara getsəm qarşıma çıxır. Atası çox əsəbləşdi oğlunu vurulmasına və, arvadının ağlamasına. Yenə Aylın səbəb olmuşdu deyə, öz -özünə: sən dayan Aylın. Bir – bir etdiklərinin hesabını verəcəksən mənə.
Beləcə bir neçə gün keçmişdi. Aylın şirkətə işə gəlmişdi Nicatsız. Nicat xalasıyla birlikdə qalırdı, Fazil itinin fikrini yayındırmaqçün. Son zamanlar hər kəsçün baş bəlası olmuşdu Fazil iti. İz itirməkçün hamı dişinə sıxaraq, Sərdarın dediklərini etməyə məcbur qalmışdılar.
Ramiz atasınıda Aylınla birlikdə razı salaraq, başqa ölkəyə müalicəyə göndərmişdilər. Cəmilə qapını döyərək içəri girib – Aylına: Aylın xanım, bir azdan Fazil bəy gələcəyini bildirdi. Aylın yalandan gülümsəyərək, – Cəmiləyə: istədiyi vaxt gəlsin Fazil bəy, mən burdayam. Cəmilə razılığını bildirib, tez getdi. Aylının üzünün ifadəsi dəyişdi, nə isə düşünüb işinə davam etdi. Az vaxtdan qapı döyüldü, içəri Sərdar girdi. Sərdar – Aylına: canım işindən etmirəm ki? Aylın başını qaldırıb – Sərdara: buyur gəl Sərdar bəy.
Sərdar gəlib əyləşdi yaxındakı kresloda. Sərdar – Aylına: Nicatın etdiyi işə görə məni günhalandırmırsan, elə deyilmi? məndə istəməzdim onu uzun illərə məhkum etsinlər. Gördüyün kimi, artıq edəcəyim bir şey yoxdur, qanun hər kəsçün qanundur. Sərdar belə deyirdi ki, Fazil iti Aylının hər danışdığını dinlədiyini, bilirdilər. Aylın – Sərdara: mən düzü Nicatdan çox incidim, bunu sənə etdikdən sonra. Allah etməsin, səni vursaydı nə olacaqdı? məndə qanunlarımızla razıyam, çəksin çəzasını axlı başına gəlsin. Sən əlindən gələni etdin, əksinə təşəkkür edirəm sənə.
Gərçəkdəndə şirkətin önündə, maşınında əyləşib Fazil telefonuyla Aylının otağında gizlin qoydurmuş kamerayla, hər danışdıqlarını izləyib gülümsəyirdi. Fazil öz – özünə: bax belə Aylın xanım. Səm möhkəm ol ki, səninlə işimizi bitirə bilək. Maşının yanında dayanmış gözətçisi tez qapını açdı. Maşından enib, özündən razı halda şirkətə tərəf getdi.
Qapı döyüldü, Cəmilə – Fazilə: buyurun Fazil bəy. Fazil qapıdan içəri girib, – Aylına: Aylın qızım gec duydum, Nicat bəyin başına gələn bədbəxt hadisəni, bağışla. Aylın ayağa qalxıb yaxınlaşdı. Aylın – Fazilə: etdi bir səhv Fazil bəy, nə edək artıq əlimizdən bir şey gəlmir. Fazil özünü günahsız göstərməkçün Aylını qucaqladı. Sərdar oturduğu yerdən olara baxırdı. Fazil guya Sərdarı görməyən kimi özünü aparırdı. Fazil – Aylına: əlimdən gələn yardımı etməyə hazıram qızım, bilirsən. Nicat bəy mənimçün doğma sayılır. Mən bu gün getdim görüşünə buraxmadılar, sanki adam öldürmüş yazıq. Aylın Fazildən bir addım geri durub, səbrini ələ alarar – Fazilə: öldürmək fikriylə getdiyini duyduğumda, ondan soyudum bi ixtiyar. Sərdar mənimçün çox dəyərli biridir, bunu Nicat bəydə yaxşı bilirdi. Bunu bilərək, onu vurmaqçün getməyini ona bağışlaya bilmərəm. Fazilin bu sözlər ürəyindən idi, üzündən bəlli idi.
Fazil – Aylına: qismət olursa, bir gün Sərdar bəylədə görüşmək istəyərdim qızım. Aylın – Fazilə: Sərdar bəy burdadır, çox sağolsun məni tək qoymamış gəlmiş. Fazil sanki xəbərsiz kimi, Sərdarı guya indi görürmüş kimi özünü apardı. Fazil – Aylına: gərçəkdən, Sərdar bəydirmi?
Sərdar ayağa qalxdı, Aylın qədər ən azından o da yalandan aktiyorluq edərək, rol oynamağa məcbur idi. Aylın Sərdarı göstərib – Fazilə: bəli Fazil bəy, Sərdardır. Fazil özünü günahsız – təmmiz biri kimi göstərməyə çalışırdı. Fazil – Sərdara: Sərdar bəy? Sərdar yaxınlaşdı. Fazil əlini uzadaraq – Sərdara: təsadüfə baxsana, necə təmiz ürəyə sahib bir insansanmış. İnan səninlə görüşmək istəmişdim Sərdara bəy. Sərdar yalandan gülümsəyərək, əlini sıxaraq – Fazilə: Aylına qızım dediyinizi duyduğumda, onun tək olmadığını anladım. Mən sizə təşəkkür edirəm Fazil bəy. Bu etdiyiniz yaxşılıqların əvəzini, bilmirəm heç necə ödəyə bilərəm sizə. Aylın mənimçün çox dəyərli biridir, elə bil bu sözü gözləyirdi Fazil.
Fazil – Sərdara: Sərdar bəy, mən işlə əlaqədar bir necə gün şəhərdə olmadım. Bax Aylın qızımın başına nələr gəldi. Nicat bəyin sizi qısqanclıq qarşılığı vurmaq istədiyini duyunca, inan çox üzüldüm. Düzü çox şaşırdım, sakit bir insandı Nicat bəy. Artıq olan oldu, əlimizdən gələni edəcəyik onu qurtarmaqçün, məndə işlərimlə əlaqədar tez – tez şəhərdən getməyə məçbur qalıram. Artıq kimsəyə Aylın qızımı etibar edə bilmərəm. Sizi Allah yetirdi mənə, səndən bir xayişim olaçaq, qəbul edərsənsə çox sevinərəm. Sərdar – Fazilə: buyurun Fazil bəy, əlimdən gələni edərəm bacaqrdığım qədər.
Fazil sevindi, – Sərdara: Aylın artıq tək qaldı, şirkətimizdə bilirsən böyükdür. Qızıma işlərində yardıma etibarlı, sənin kimi birisinə ehtiyacımız var. Əgər qəbul edərsənsə, səndən qızım Aylınla burda iş ortağı olaraq çalışmanı xayiş edirəm. Nicat bəyin əvəzinə, yəni o çıxana qədər ən azından.
Sərdar – Fazilə: mən dediyim kimi, əlimdən gələni edərəm Fazil bəy. Ancaq buna Aylın xanım razı olarmı, onun fikrini bilsək məncə yaxşı olar. Fazil gülümsəyərək, – Sərdara: Aylın qızımla bizim, çox bənzərliyimiz var Sərdar bəy. Məncə Aylın xanım narazılıq etməz, əksinə razı olar.
Aylına baxıb gülümsəyərək, elə deyilmi qızım? Aylın – Sərdara: Fazil bəy mənimçün çox yaxın bir insandır, əgər sən razısansa qalıb çalışa bilərsən, mənim narazılığım yoxdur. Fazilin kefi dahada açıldı, əlini bərk – bərk sıxıb – Sərdara: o zaman bu dəqiqədən sən, Aylın qızımla iş ortağısan. Sərdar bəy təbrik edirəm yeni işinlə əlaqədar səni. Çox sağolun, ikinizdə məni başa düşüb anladınız, minnətdaram sizə. Yalandan kövrələrək, gözlərini yaşlada doldura bildi şərəfsiz.
Aylınla Sərdar xəbərdar idilər, Fazilin aktiyorluğundan. Sərdar yalandan gülümsəməyə çalışdı. Fazil – olara: o zaman mən sizə mane olmayım, baxsanız Allahım işimizi necə yöndəmə saldı. Hər şey bir anda yolundan çıxdığı kimi, bir anda da yoluna düşdü, şükürlər olsun. Mən sizi hələlik işinizlə baş – başa buraxıram, mane olmayım. Sizin ikinizdən daha bir xayişim olacaq, iş vaxtınız bitdiyində, sizi axşam yeməyinə gözləyəcəm. Aylın qızım, bilirəm çox üzgünsən, sənin üzülməni heç istəmirəm. Bunu bilməni istəyirəm, hər zaman səninləyəm, yanındayam. Bax çox istəyirəm Sərdar bəyidə yaxından tanımaq, biraz sizinlə vaxt keçirmək şansını məndən əsirgəməssəniz, çox sevinərəm. Aylın – Fazilə: tamam Fazil bəy, sizi bu sevincinizdən məhrum etməyə haqqım yoxdur. Üstümdə böyüyüm kimi, Çox əməyiniz – əziyyətiniz var, mütləq gələcəyik. Fazilin sevinçinin həddi yox idi, planı yağ kimi gedirdi.
Fazil – olara: o zaman sizə işinizdə uğurlar, axşam işdən çıxdığınızda, adamlarım sizi dediyim ünvana gətirəcəklər. Sərdar – Fazilə: bir qəhvəyə otursaydınız Fazil bəy. Fazil tülkü dilini işə salaraq – Sərdara: axşama qalsın, birlikdə içərik Sərdar bəy, o zaman mən sizinlə sağollaşımıram, axşama qədər. Gülümsəyərək, tez otaqdan çıxıb getdi.
Sərdar Aylına baxıb gülmüsəyərək, işarə etdi ki, gördünmü dediyim düz çıxdı. Aylının üzünün ifadəsi dəyişsədə, məcbur izlənirlər deyə – Sərdara: yeni işinə xoş gəldin Sərdar bəy. Sərdar Aylına yaxınlaşıb, boynuna sarılaraq qucaqlayıb qulağına pıçıldadı, sarıl mənə inandıraq onu. Aylın Sərdara sarılıb, üzünü sinəsinə qoyub sakit dayandı.
Fazil gəlib maşınına əyləşdi, qapını örtdü gözətçisi. Tez cibindən telefonunu çıxarıb, Aylınla Sərdarı izlədi. Hər şeydən razı üz ifadəsiylə gülümsəyərək, – şoferə: getdik, maşın yerindən tərpəndi, şirkətdən uzaqlaşdı.
Nicat gizlin – gizlin Aylınla telefonla əlaqə saxlayırdı, xalası gəldi otağına. Xalası – Nicata: oğlum Bahar xanım zəng etdi, axşama bizə gələcəkmiş. Nicat telefonu kənara qoyub – xalasına: gəlsin canım xalam, Bahar xala yaxşı insandır. Nazlının bəxtdi gətirib qaynana tərəfdən. Xalası yaxşı anlayırdı, Nicat özünü üzməməkçün çarəsiz danışırdı. Xalası – Nicata: bax oğlum Aylın səni sevir bilirsən, nə olur səbir et. Qızıma o alçaq pislik edər, mən çox qorxuram. Nicat – xalasına: xalacan bax evdən çıxmıram, kiminləsə əlaqədə etmirəm. Səncə kiminçün dişimə sıxıram – dözürəm? əlbətdə canıma gorədir. Xalası gülümsəyərək, – Nicata: mənim axıllı balam. Nicatın saçından öpüb, otaqdan çıxdı.
Nicat dərindən nəfəs alaraq öz – özünə: məndə onu sevirəm. Çox az qaldı canım, bir daha səhv edib səndən ayrı qalmayacam, söz veririəm. Telefonunu götürüb Aylına mesaj yazmağa başladı.
Sərdar Nicatın yerində oturmaq istəməmişdi. Kreslosunu və bilgisayarını Aylına yaxın gətirib, eyni masada çalışırdılar. Nicatdan gələn mesajları, Aylın çalışıb vaxtı – vaxtında cavablandırırdı. Sərdar işlə məşğul olsada, fikri gözü Aylında idi. Bunuda yaxşı bilirdi ki, Aylın telefonda Nicata yazırdı.
Beləcə axşam olmuşdu. Ramizlə Dilqəm işdən çıxıb Nicata gəlmişdilər. Dilqəmin anasıda gəlmişdi Afət xanımla, söhbət edirdilər. Ramizlə Dilqəm, Nicatla otaqda oturub söhbət edirdilər. Dilqəm – Nicata: Sərdarın dedikləri düz çıxdı, baxsana Fazil tipi oları yeməyə dəvət etmiş. Ramiz Dilqəmə işarə etdi ki, Nicatı əsəbləşdirməsin, ehtiyat etsin danışarkən. Nicat dərindən nəfəs alıb – Dilqəmə: mən söz verdim, artıq səhv edərək Aylının həyatını təhlükəyə ata bilmərəm. Aylına bir şey olsa yaşaya bilmərəm, onsuz ölərəm mən. Xəbərim var, Aylın məni məlumatlandırdı gedəcəklərini bilirəm. Rmiz – Nicata: baxsana şərəfsizin əli nə qədər uzundur, başqa yerdə yaşayan bunlarada toxunmuş ziyanı. Alçaq atasını öldürmüş Sərdarın, artıq o şərəfsizə qarşı tək biz deyil, Sərdarda mübarizə aparır. İçim biraz rahatdır, mən o tipi sevməsəmdə, uzun illər polis işləmiş. Əlbətdə praktikası bizdən çoxdur, belə şərəfsizlərə qarşı. Nicat -Ramizə: mənim bir şeydən şüphəm var, bilirsənmi nədir?
Ramiz çiyinlərini çəkərək, yox deyə işarə etdi. Nicat – Ramizə: sənin ananda təsadüfənmi qəzada öldü, nə düşünürsən? Ramiz şaşırdı. Dilqəmə baxdı, həyəcanlandı.
Dilqəm – Nicata: unutdunmu? rəhmətlik anasını vuran qız, Ramizdən üzür istəməkçün ağlayaraq dəfələrlə qarşısına çıxdığını. Həmdə qızı sən tapmışdın Ramizə, yox bu Fazil alçağının işi deyildi. Nicat Ramizə baxırdı. Ramiz şüphəli baxışlarla baxaraq, – Dilqəmə: bu mənim heç bu günə kimi axlıma belə gəlmədi. Nicat – Ramizə: bəlkədə səhvim var unut, bağışla yaranı təzələmək istəməzdim.
Ramiz düşünərək, – Nicata: o uzaqda yaşayan Sərdarın atasına əli çatmışsa, əliylə ağzını tutub şüphəli baxdı. Sərdar dedi axı, Aylının ətrafında olanları bir – bir aradan götürüb, atasına qarşı nifrətini artırmağa çalışacaq. Aman Allahım, anamıda omu? sözünün ardını deyə blmədi, bi ixtiyar gözləri doldu pis oldu.
Dilqəm qalxıb gəlib Ramizin yanında əyləşib, çiyniə əlini qoyub dəstək olamağa çalışdı. Dilqəm – Ramizə: qardaşım əgər doğrudursa, az qaldı o şərəfsizin sonuna, bir olub cəzasını verəcəyik. Ramizin gözlərindən yaş sel kimi süzüldü, üzünə axdı, danışa bilmədi. Üzgün – nifrət dolu baxışlarla baxdı. Nicat gözlərini yumub sakit dayandı, bir manyak şərəfsiz, gör necə günahsız insanı yandırmışdı.
Aylın Sərdarla, Fazilin dəvət etdiyi restoranda oturub, yeməkdən sonra söhbət edirdilər. Fazilin üzündə sevinc dolu ifadə görsənirdi. Fazil – Sərdara: Sərdar bəy sənin xətrinidə, Aylın qızım qədər çox sevdim, inan ki səni bizə Allahım yolladı. Mən sabah işimlə əlaqədar getməliyəm, səndən təkrar Aylını tək qoymamanı xayiş edirəm. Nicat bəy olduğunda ürəyim rahat idi, bilirdim ki Aylın qızım tək deyil. Sərdar yalandan gülümsəyərək, – Fazilə: narahat olmayın Fazil bəy, mən artıq Aylını heç zaman tək qoymaram, özüm – özümə söz verdim. Aylın ayağa qalxıb, – olara: məni bağışlayın ürəyim bulandı, tez getdi. Sərdarla Fazil narahat oldular. Fazil – Sərdara: inşallah ciddi bir şeyi yoxdur qızımın. Sərdar – Fazilə: son zamanlar çox zəyif yeyir, mədəsini məhv etməsə yaxşıdır. Fazil – Sərdara: bax Sərdar bəy, mənim səndən işdən əlavə daha bir xayişim olacaq. Aylın qızımı gecə – gündüz bacarıb tənha qoyma. Aylın başqaları kimi deyil çox fərqlidir, səndə bunu bilirsən. Yeməyini vaxtı – vaxtında yesin, göz – qulaq olmanı istəyirəm ona. Bilirəm Nicat bəyə görə çox üzülür, iştahdan – ruhdan düşməsin, xəstələnməsini – üzülməsini heç istəmirəm. Sərdar – Fazilə: Fazil bəy siz məni çox yaxşı anlayırsınız, təşəkkür edirəm. Aylınıda düşünərək, gərçəkdən ona böyük dayaq olduğunuzun şahidi oldum. Bir gün bütün bu etdiklərinizin qarşılığının, heç olmassa az bir miqdarını ödəmək şansını mənə versəniz, çox sevinərdim. Bbilirsinizmi Aylın mənim canımdır, onu çox sevirəm. Fazil yerində rahat əyləşərək, ayağını – ayağının üstünə aşırıb – Sərdara: məndən sənə kiçik bir məsləhət, Sərdar bəy. Əgər gərçəkdən Aylını sevirsənsə, onu əlindən bir daha qaçırma. Belə şansın bir daha olmaya bilər, çalış dəyərləndir, sevdiyin qadının yanında ol hər an. Aylın gəldi
tez söhbəti dəyişdilər.
Fazil – Aylına: qızım bir şeyinmi var, yaxşısanmı? gedək həkim yoxlasın. Aylın gəlib əyləşib – Fazilə: yox bir şeyim Fazil bəy, narahat olmayın təşəkkür edirəm. Sadəqcə bu olanlardan sonra yorgunluq var üstümdə. Dinlənərsəm keçər, həkimə ehtiyacım yoxdur. Sərdar – Aylına: bundan sonra mən yanındayam canım, hər şey yaxşı olacaq. Fazil – Sərdara: Sərdar bəy götür Aylın qızımı evə, dinlənsin biraz özünü toparlasın. Nicat bəyin buraxdığı səhvi üzündən yazıq çox yoruldu, üzüldü. Fazil – Aylına: qızım, bax artıq Sərdar bəy yanındadır, ürəyim rahatdır. Sən istədiyin qədər dinlən – toparlan, işi Sərdar bəy idarə edər.
Sərdar – Fazilə: narahat olmayın Fazil bəy, mən ona göz – qulaq olacam şüphən olmasın. Təşəkkür edirik gözəl söhbətinə və dəvətinə görə. Sərar – Aylına: canım Fazil bəy düz deyir, gedək mən sənə qulluq edim dinlən biraz. Fazil – olara: məni qırmayıb gəldiyinizüçün, əksinə mən sizə minnətdaram, çox gözəl bir gecə keçirdim sizinlə. Aylınla Sərdar ayağa qalxdılar. Fazillə salamatlaşıb masadan ayrılırdılar ki, arxadan – Sərdara: Sərdar bəy, adamlarım sənə çıxışda kiçik bir hədiyyə verəcəklər mənim adımdan. Narazılıq istəmirəm, sizin rahatlığınızçün hədiyyəmi qəbul edin və gecəniz xeyirə qalsın. Sərdar – Fazilə: gecəniz xeyirə Fazil bəy, anladım, sizə qarşı narazılıq etməyə haqqım yoxdur, getdilər. Fazil arxalarınca baxaraq gülümsədi. Masadan şərab bakalını götürüb, bir qurtum içərək gözlərini qıyıb baxdı, düşündü nələrsə.
Sərdar Aylının çiynindən qolunu salıb özünə qısaraq, restorandan çıxdılar. Qarşılarına Fazilin adamları gəlib dayandılar, ətrafa göz gəzdirərək baxdılar. Aylın – Sərdara: bunlar bizi kimdən qoruyurlar? Sərdar yavaş səslə zarafatla, – Aylına: sən artıq Fazil bəyin qızı sayılırsan, o üzdən qoruyurlar canım. Aylın öz – özünə: kimi – kimdən qoruyurlar, Allahım sən mənə səbir ver. Qapının önünə bahalı maşın gəldi dayandı, qapını açıb maşından enib, qapının yanında dayandı oğlan. Yaxında dayanan başqa birisi – Sərdara: Fazil bəyin hədiyyəsidir buyurun, maşını işarə etdi. Sərdarla Aylın artıq bilirdilər, Fazil tülküsü Sərdarın qarşısında etibar qazanmaqçün min hoqqadan çıxırdı. Sərdar – Aylına: buyur canım, adamlardan birisi tez maşının ön qapısını açıb, Aylının əyləşməsini gözlədi. Aylın keçib əyləşdi qapını örtdü, o tərəfdə dayanmış başqasıda Sərdarın sükan arxasında əyləşməsini gözlədi. Sərdar gəlib keçib əyləşd qapını örtdü. Maşını işə salaraq – Aylına: gedək canım, çox yoruldun bu gün sən. Maşının qazına basaraq, restorandan uzaqlaşdılar.
Aylın – Sərdara: məni evimə çatdır, sən otelə get dinlən yorgunsan. Sərdar maşını idarə edə – edə, – Aylına: canım mənimlə gəl oteldə qal. Aylın istəmirdi Sərdarla qalsın, Nicatı düşünürdü. Sərdar – Aylına: bax gözünün şahidi oldun, dediklərim tək – tək qarşımıza çıxır, o çox təhlükəlidir. Aylın bir daha təkrarlamaq istəmirəm. Bağışla, mən plandan kənar bir addım kənara çıxaraq, sənin həyatını təhlükəyə ata bilmərəm. Narazılıq istəmirəm, mənimlə qalacaqsan oteldə, bu qədər. Aylın artıq bir söz demədi çox yorulmuşdu, maşının aynasından dışarı baxdı üzgün baxışlarla. Aylının üzülməsini Sərdarda istəmirdi, maşının sürəətini artırdı.
Nicat yatmamışdı, yatağında uzanıb Aylınla mesajlaşırdı. Aylın Sərdarla otelə getdiyini yazmışdı, Nicat dərindən nəfəs alıb, telefonu sinəsinə qoydu. Gözlərini yumaraq, əsəbini cilovlamağa çalışırdı. Öz – özünə: səbir et bir şey fikirləşcəm səbir et, yenidən mesaj yolladı – Aylına: (səninçün çox darıxmışam canım) tez cavab gəldi – Nicata: (məndə canım darıxmışam, nə olar sıx dişinə az qaldı). Nicatın üzgünlüyü – peşanlığı sözsüz üzündən oxunurdu.
Sərdar yuyunub saçını dəsmalla qurulaya – qurulaya gəldi. Aylın oturmuşdu, kefsiz mesajlaşırdı. Sərdar – Aylına: canım qalx bir duş al rahatlan, yorğunsan yatmağın lazımdır. Aylın cavab vermədən, əlində telefonla sakit qaldı. Sərdar gəlib əlindən telefonu götürüb masaya qoydu, qolundan tutub qaldırdı – Aylına: məni duyursanmı?
Aylın elə bir vəziyyətdə idi ki, bilmirdi nə etsin, nə desin. Birdən alnını Sərdarın sinəsinə qoyub ağladı. Sərdarın canından – can getdi, Aylının bu halı çox üzücü idi. Qucaqlayıb bərk – bərk özünə sıxıb, üzünü saçlarına qısaraq, – Aylına: sənin göz yaşlarına səbəb olan o… sonuna az qaldı, səbir et canım. Aylın Sərdardan ayrılıb, göz yaşlarını silərək getdi vannaya. Sərdar dərindən nəfəs alıb öz – özünə: Allah mənim cəzamı versin, səni qoruyu bilmədiyim. Əyləşib, ikki əlləriylə başını tutub üzgün – əsəbi baxdı.