- -
- 100%
- +
Beləcə səhər açıldı, Sərdar səhərə qədər yata bilməmişdi. Aylın yorğunluqdan gec yuxuya düşmüşdü. Sərdar yerindən qalxıb, gəlib yatan Aylına baxdı peşman – üzgün baxışlarla. Aylın -Sərdara: iş vaxtına nə qədər var?
Sərdara Aylının oyaq olduğunu görüb, gəlib yanında əyləşdi, bir saat var canım. Sabahın xeyir, yatmadınmı? Aylın yerində dönüb, – Sərdara: hansı sabahımız xeyir oldu ki?
Sərdar – Aylına: məndə unutdum canım, çoxdandı xeyirli sabahların üzünə həsrətəm. Aylın görürdü, Sərdarda çox üzülürdü bütün olanlardan. Aylın – Sərdara: işə gec qalmayaq, qalxdı yerində əyləşdi. Sərdarın qoluna – qolunu vurub zarafatla, Sərdar bəy bu nə qonaq pərvərsizlikdir? qalxda iki acı qəhvə sifariş et, işdə masada mürgülüməyək. Kim bilir bəlkə bu gün möcüzə olar, başqa günlərdən fərqlənər, sabahımız – günümüz xeyirli olar. Aylın qalxıb getdi vanna otağına. Sərdar çoxdan bələd idi Aylının xasiyyətinə, nə qədər üzgün olsada, içi qan ağlasada, başqalarının üzülməməsiçün əlindən gələni edərək, zarafatından qalmırdı. Sərdar gülümsəyib, öz – özünə: canım ya sən başqa aləmsən, qalxıb getdi qəhvə sifariş etməkçün.
Nicat gizlin yorğanın altına yastıqları düzərək, yorğanın altındakının özünün olduğunu bilsin deyə. Xalasını aldadıb, evdən Aylını görməkçün qaçmaq fikrinə gəlmişdi. Bir daha kənardan dayanıb baxdı özü düzəldən adam formalı postelinə, öz – özünə: bağışla xalacan başqa çarəm qalmadı. Onu görməsəm ürəyim dayanar. Nicat qara açkilərini, açarlarını, götürüb ətrafa nəzər salıb, qapıdan çıxdı ehtiyatla. Xalası mətbəxtdə səhər yeməyini hazırlayırdı Nazlıçün. Nicat ehtiyatlı addımlarla xalası görməsin deyə qapıya gəlib, çox ehmalca qapını açıb çıxdı dışarı. Xalası məsbəxtdə olduğundan, duymadı Nicatın getdiyini.
Sərdar Aylınla işə gedirdi maşınıla, birdən qarşılarına başqa maşın çıxdı. Sərdar qəzadan qacmaqçün, çox çətinliklə maşını yolun kənarına çəkə bilidi, saxladı. Sərdar – Aylına: yaxşısanmı? qəfildən olan hadisəyə görə, Aylının qolu maşının qapısına dəymişdi. Canı acısada – Sərdara: yox bir şeyim, kimdir səhər – səhər bu kor heyvan?
Sərdar kəməri açıb qapını açıb yerə düşdü. Qarşıda qəzaya səbəb olmuş maşın dayanmışdı, içindən kimsə enmirdi. Sərdar nədənsə şüphələndi, Aylına işarə etdi ki, maşında qalsın. Əlbətddə ki, Aylın Sərdarın işarəsinə məhəl qoymadan, maşından endi. Sərdar əlini belindəki silaha hazır tutaraq, maşına tərəf addımlayırdı.
Maşının qapısı açıldı, Aylınla Sərdar baxdılar kimdir ehtiyatsız davranan. Maşından Ümidin düşdüyünü gördüklərində, ikisidə bir – birinə baxdılar təcüblə. Aylın tez yaxınlaşdı özünə tərəf gələn, – Ümidə: nə edirsən sən? belə ehtiyatsız maşın idarə edərlərmi. Yaxşısanmı? bir şeyin yox demi?
Sərdar qollarını bir – birinə keçirib baxırdı olara. Ümid – Aylına: sənə nə? nəyim var, nəyim yox başımın bəlası. Sərdara tərs – tərs baxaraq, – Aylına: yeni sevgilinə de ki, mənimlə gəlirsən indi. Ümidin ağzının – üzünün yaralandığı yerləri hələ bilinirdi. Aylın dönüb Sərdara baxdı, anlamadı Ümid nə deyirdi, hara aparırdı özünü?
Sərdar yaxınlaşıb – Ümidə: bax Ümid, səni bir daha vurmayacağam, Aylına söz verdim. Səndəndə xayişim, sözlərinə diqqət etməyindir. Ümid nəfəs -nəfəsə yaxınlaşıb, – Sərdara: diqqət etməssəm nə edərsən ki? Aylın kimdir ki? ona söz verirsən məni vurmamaqçün. Sənin məndən qorxub, onu – bunu bəhanə etməyinə heç şaşırmadım. Qorxma özünü axıllı aparıb qarşıma çıxmasan, sənə əlimidə sürməyəçəm söz, göz vurub Sərdarın əsəblərinə toxunmağa çalışdı. Sərdar gülümsədi, – Ümidə: deyirəm mənə qarşı bu qədər mərhəmətli olmasanmı? Ümid bəy.
Aylın arxadan – Ümidə: Ümid bəsdir, tərbiyəssizlik etmə dedim sənə. Ümid dönmədən, – Aylına: sənə baxanda mən çox tərbiyəliyəm, bilirsənmmi niyə? sənin kimi hər gün başqalarının maşınında gəzmirəm. Aylın arxadan gəlib, Ümidin qolundan tutub üzünü çevirdi özünə tərəf. Aylın – Ümidə: sənin o ağzını vurub qanadaram, sözlərinə diqqət et, duydunmu məni?
Ümid – Aylına: oohh, çox qorxdum səndən Aylın. Aylın – Ümidə: işə gec oluruq, get evə qardaşım dəlilik etmə. Ümidi Aylının özünə qardaşım deməsi əsəbləşdirirdi. Ümid – Aylına: Allah etməsin sənin qardaşın olum, mən yuxumda belə görməyim. Sən indi mənimlə gəlirsən və soruşma hara deyə. Sən məndən qorxmursan, elə deyilmi? bayaq ağzımı qanadacağınlada hədələdin. Sərdar – Ümidə: məndən icazəsiz, Aylını harasa götürə biləcəyinimi düşünürsən? sən kimisən ki, səninlə harasa getsin. Ümid – Sərdara: bəs sən kimisən ki, səndən icazə alım? bu söz Sərdarı yaxşıca tutsada, özünü sındırmadı. Sərdar – Aylına: canım keç maşına əyləş işə gec qalırıq, səhər – səhər uşaqla davalaşmaq yaraşmaz mənə. Ümid – Aylına: hünərin varsa məni dinləmə. Sərdar – Aylına: Aylın keç əyləş maşına, tərs – tərs Ümidin gözlərinin içinə baxdı.
Aylın istəmirdi yenədə qardaşı Sərdarı əsəbləşdirsin, vurulsun. Sərdarın maşınına tərəf gedirdi, birdən Ümid bir addım geri çəkilib belindən silah çıxarıb Aylına tərəf tuşladı. Ümid – Aylına: dedim mənimlə gəlirsən, bağırdı. Sərdar bir anda təcüblə baxa qaldı, Ümidin Aylına silah çəkməsinə. Aylın qardaşı bağırdığında dönüb baxdı, əlindəki özünə tərəf turşlanmış silahı görüncə, təcüblə Sərdara – Ümidə baxdı.
Sərdar həyacan kecirirdi, qorxurdu Ümid dəlilik edər, bilmədən əlindən xata çıxardı bacısına qarşı. Sərdar – Ümidə: sal silahı aşağı, nə edirsən sən? Ümid – Aylına: dedim keç maşınıma əyləş. Aylın qardaşına tərəf gəlib, özünə tərəf turşlamış silahı ürəyinin üsünə dayayıb dayandı. Aylın – Ümidə: çək tətiyə hallalıq verirəm, qorxma vur.
Ümid Aylının belə etməsindən dahada əsəbləşdi, silahı əlində bərk – bərk sıxıb tutdu. Ümid əsəblə – Aylına: bir daha təkrar etməyəcəm, maşına əyləş dedim. Sərdarın ürəyi elə döyünürdü ki, sanki indi yerindən çıxacaqdı. Sərdar -Ümidə: axlın başına topla, sal dedim silahı aşağı. Aylın – Ümidə: əsil kişilərə ayit məsəl var, duydunmu qardaşım? duymadısa deyim. Əğər özünü kişi sayıb, silahını qarşısındakını vurmaq niyyətiylə qaldırdınsa, mütləq vurmalısan. Əks halda vurmağa cəsarətin çatmasa, o əlindəki silahını bir daha belinə təkrar qoymağın kişiliyinə ziddir. Aylının bu sözündən Ümid axlını yerindən elə oynatdı. Sərdar anladı, Ümid barmağını basacaq tətiyə, bagırdı! Ümid qarşındakı doğma bacındır, Ümid sal dedim silahı aşağı. Ümidin üzünün ifadəsi dəyişdi, – Sərdara: bağıraraq! bəsdir, nə sayaqlayırsınız siz? nə bacısı, nə doğması?
Aylın – Sərdara: sus Sərdar qarışma, vursunda canım qurtarsın zülümdən, yoruldum gərçəkdən yoruldum. Aylın birdən Ümidin əlinin üstündən silaha əlini tutaraq, – Ümidə: çək tətiyə qardaşım kimsəni dinləmə. Ümid bir anlıq qaldı şaşıraraq. Bu nə demək idi? – Aylına: siz hamınız başdan xarabsınızmı? – Sərdara: nə bacısı sən nə danışırsan? Aylın – Ümidə: sən onu dinləmə, bax çəkdiyim məsəldən nəticə çıxar, məndə sənə yardım edirəm çək tətiyə qorxma. Sərdara bağırdı! – Aylına: Aylın etmə canım mən sənsiz yaşamaram, dur nə olur dur yalvarıram. Sərdar bilirdi, Aylın gözünü qırpmadan qıyardı özünə, hər zamandakı kimi. Gözlərindən yaş süzüldü, titrək səslə – Aylına: etmə canım, qıyma qardaşına qatilin olsun. Sərdar – Ümidə: anana – atana yalan dedilər qızları ölmüş deyə. Kimsənin başı xarab deyil, qarşındakı doğmaca bacındır inan mənə, Ümidi elə bil yerdən – yerə çırpdılar, -Sərdara: nəə? silahı tutmuş əli əsdi. Sərdar çox ehtiyatlı hərəkətlə, Aylının əlini Ümidin əlinin üstündən çəkdi. Aylın kövrəldi, – Sərdara: nədən dedin? nədən qoymadın vursun? siz mənim rahat olmağımı istəmirsinizmi? Aylın əsəbindən, qəhərindən bağırdı. Sərdar tez Aylını qucaqlayıb sinəsinə sıxıb tutdu. Sərdar – Aylına: sən ölsən məndə yaşamaram bilirsən. Aylın əsəbindən ağladı Sərdarı qucaqlayıb. Ümid qalmışdı hələdə yerində donub, baxırdı. Sərdar Aylının üzündən – alnından öpərək, – Aylına: öləcəyiksədə birlikdə öləcəyik canım, duydunmu? birlikdə öləcəyik. Mən sənsiz yaşamaq fikrində deyiləm. Ümid bir neçə addım geri durub, baxdı Sərdara qısılıb ağlayan Aylına. Hələdə Sərdarın dediyi söz qulaqlarında cingildəyirdi, həyəcan və şüphə dolu baxışlarla baxarırdı. Ümid əlində tutmuş silahına nifrətlə baxıb kənara atdı, bir söz demədən qaçıb öz maşınına əyləşib, getdi sürəətlə.
Aylın Sərdarın sinəsinə üzünü dayayıb, yaşlı gözləriylə baxdı ordan gedən qardaşının ardınca. Aylın – Sərdara: gedək burdan, Sərdar saçlarından öpüb, gedək canım. Özünə qısıb, çiynindən tutub maşına tərəf apardı. Qapını açıb Aylını maşına otuzdurdu, təhlükəsiz kəmərini çəkib bağladı. Qapını örtüb, gəlib maşına sükan arxasına əyləşdi, maşıını biraz qabağa sürüb saxladı. Düşüb Ümidin atdığı silahı götürüb, tez maşınına əyləşib ordan uzaqlaşdı.
Ümid maşınını sürəətlə idarə edirdi, gözləridə yaşarmışdı, tez – tez bir əliylə gözünün yaşını üzünü silirdi. Sərdarın dediyi sözdən şoka düşmüşdü, öz – özünə: bu ola bilməz yalandır, gərçək ola bilməz. Gəlib öz şirkətlərinin qarşısında maşını saxlayıb, tez enib qaçaraq şirkətə getdi.
Atası otağında çalışırdı, qapı döyülmədən içəri girən kimdir deyə baxdı. Ümidi ağlamış görüb, tez ayağa qalxdı. Atası – Ümidə: oğlum nəyin var? Ümid əlləriylə başını tutub keçib əyləşdi. Bir yerdə tab gətirmirdi, qalxıb oyana – buyana gəzişdi, öz – özünə: yalandır inamaıram. Atası Ümidin hərəkətlərindən qorxdu. Masadan gəlib oğlunun qolundan tutub -Ümidə: oğlum nə olub, nə yalandır? yaxşısanmı sən? narahat oldu. Zorla oğlunu kresloya otuzdurub, masadan qrafindən bakala su töküb verdi. Atası – Ümidə: iç oğlum özünə gəl, nədir bu halın? Ümidin əlləri əsirdi, bakalı tuta bilmirdi. Atası tez əlndən götürüb, zorla sudan içirtdi, dur mən indi həkim çağırım. Masadan telefonunu götürdü, Ümid qoymadı. Ümid – atasına: ata bacım doğulduğunda sizə öldü dedilər, elə deyilmi? atası bu sualdan biraz şaşırdı. Atasə – oğluna: niyə soruşursan oğlum? təssüflər olsun bacın öldü doğumdan sonra. Ümid – atasına: sən şəxsən bacımın ölüsünü gördünmü? atası təcüblə – Ümidə: yox görmədim, yetişə bilmədim. Mən gəldiyimdə dəfin etmişdilər. Ümid şüphəylə – atasına: bəs anam? anam gördümü qızının ölüsünü?
Atası gəlib oğlunun qarşısında dayandı. Atası – Ümidə: oğlum, illər öncə olan hadisəni indi soruşmağının səbəbi nədir?
Ananada göstərməmişlər, pis olmasın deyə. Ümidin gözləri yaşardı, – atasına: Allahım doğrudan o mənim bacımdırmı? atası oğlunun dediklərinə, hərəkətinə təcüblə baxdı. Atası – Ümidə: kim bacındırmı, nə danışırsan sən?
Ümid yaşlı gözləriylə baxaraq, – atasına: nə səbəbdən bilmirəm, onu sizdən çalmışlar doğulduğunda. Sonrada öldüyünü demişlər və sizdə inanmısınız. Atasını həyəcan bürüdü. Ümid – atasına: Aylın mənim bacımdır ata, bu sözü duyduğunda, atasının əlindən telefonu yerə düşdü. Atası – Ümidə: sənə bunları kim dedi? Aylınmı? oğlum inanma yalandır. Mənim qızım illər öncə doğulduğunda öldü. Bax o Aylın bizim aləmiz haqda bilir və artıq ölmüş qızımın adından istifadə edərək, içimizə girmək istəyir. Əgər mənim qızımdırsa, bəs nədən həkimə atası tərəfindən öldürülmək istədildiyini demişdi?
Oğlum bax bilirəm, ondan qıraq dur deyəcəm alınmayacaq, çünki artıq o bizə bulaşmış. Bilirəm rahat qoymayacaq bizi, belə şeyləri yazıq anan duysa nə olar, fikirləşdinmi?
İllər sonra qanı – canı çatmıyan bir başdan xarab, qızınam desin. Mən o Aylının planını başına yıxmassam, adım Rəhim olmasın. Ümid – atasına: mənə bunu Aylın demədi, yanındakı Sərdar dedi. Mən onu vurmaq istədim, o anda mənə doğma bacının qatili olma dedi. Atası təcüblə – Ümidə: oğlum sən onu vurmaqmı istədin? axlınımı itirdin, buda nə deməkdir. Ümid – atasına: əsəblərimə, mənniyimə, toxunacaq söz dedi, o üzdən vuracaqdım. Atasına xəcalət oldu, bakaldakı suyu özü içib, keçib əyləşdi. Atası – Ümidə: bu qız kimdirsə çox təhlükəli birisidir, oğlum baxsana halına? ikinci dəfə ona görə üz – gözünü yaraladın. İdidə nə demişsə, axlını yerindən oynada bilmiş, yox – yox mən bunu belə qoya bilmərəm. Onun anana yaxınlaşmasına mane olmalıyıq, görünür bu qızın axlı yox desəkdə, bizə qarşı çox gözəl planlar qurub. Sənində axlını yerindən oynada bilirsə, demək o bizdən çox axıllı və təcrübəlidir. Oğlum özünü toparla, dediklərimi edəcəksən.
Sərdarla Aylın şirkətdə çalışırdılar. Aylının fikri qardaşında qalmışdı, fikrini topalayıb iş haqda çalışa bilmirdi. Aylın – Sərdara: mən çıxıram biraz hava alım, başım işləmir. Sərdar Aylını tək bir addımda atmasına icazə vermək istəmirdi, – Aylına: azacıq səbir et, birlikdə çıxarıq. Aylın ayağa qalxıb – Sərdara: bilirsən səbrim çoxdan tükənib, nəfəs ala bilmirəm.
Buralardayam narahat olma, uzaqlaşmayacam heç yerə. Sərdar narahat baxışlarla baxaraq – Aylına: mən əlimdəki işi bitirib gəlirəm, buralarda ol canım. Aylın otaqdan çıxdı getdi. Sərdar öz – özünə: axx Ümid axx, olmayaydın qardaşı sənin o əllərini qırardım mən.
Aylın şirkətdən çıxıb, biraz gəzib fikrini dağıtmaqçün addımlayırdı yavaş – yavaş. Gözlərində qara eynəkli cavan bir oğlan arxadan yaxınlaşıb, – Aylına: xanım içazə versəniz sizinlə biraz dolaşardım. Aylın baxdı birinci tanımadı kimdir, sonradan anladı Nicatın olduğunu. Ətrafa nəzər salıb – Nicata: sən nə edirsən burda? Nicat Aylının qolundan tutub kənara apardı. Çox darıxmışdı ikisidə biri – biriləriçün. Nicat Aylına sarılıb qucaqlayıb, dodaqlarından öpdü. Aylın Nicata müqavimət göstərmədi, sevdiyiçün özüdə darıxmışdı. Aylın – Nicata: səni görərlər canım etmə belə, mən bu gün yazdım gələcəm sənə, niyə səbir etmədin?
Nicat – Aylına: anlamırsanmı darıxıram, bacarmıram axşamı gözləyim, birdəki mənim səbrim çoxdan tükənib canım. Bu sözü biraz öncə Aylın demişdi Sərdara. Gülümsəyib, Nicatın üzünü – saçlarını sığallayıb, baxışlarıyla oxşadı. Görən olar deyə, çox narahat idi. Aylın – Nicata: canım nə olar səbir et axşama. Səni görən olarsa bilirsən olacaqları, – Aylına: sən məni tanımadın canım, artıq kim tanıyacaq ki?
Aylını özünə çəkib təkrar – təkrar öpdü üzündən, alnından, dodaqlarından. Aylında Nicatı öpdü, qucaqlayıb sinəsinə başını qoydu. Nicat çox sevindi, birinci idi etdiyi səhvindən sonra, beləcə özünə qısılıb bağışladığını ifadə edirdi. Nicat – Aylına: bağışla canım, səndən məni ayrı salacaqdı Fazil şərəfsizi, bir daha təkrarlanmayacaq söz verirəm sənə. Aylının saçlarını sığallayaraq öpüb, bərk – bərk özünə sıxıb tutdu.
Arxadan səs eşidildi, – Nicata: mən nə dedim, siz nə edirsiniz? Aylın Sərdarın səsindən tanıdı. Ancaq başını Nicatın sinəsindən götürmədi. Nicat – Sərdara: sevgidən sən anlamassan mənim qədər, o üzdən nə dediyinin önəmi yox bu dəqiqə. Sərdar əsəbləşdi, – Aylına: bu axlını oynatdı anladıq, sənə nə oldu?
Aylın üzünü sinəsindən çəkib – Nicata: Sərdar düz deyir canım, təhlükəni unutduq bir anda ikimizdə. Get canım mən axşam gələcəm, tamammı? Sərdara xoş deyildi, Aylının Nicata axşam gələcəm deməsi. Çox qısqanırdı, əlin üzünə çəkib kənara baxdı. Nicat təkrar özünə çəkib Aylının dodaqlarından öpdü buraxmadan. Nicat – Aylına: gözləyəcəm ürəyim, çox darıxdım gec olmadan gəl.
Sərdarın elə bil başından aşağı qaynar su tökdülər, heç vaxtdı gözü önündə Aylının başqasıyla öpüşdüyünü görməmişdi. Bir anlıq çox qısqandı, həyəcanlandı. Aylın – Nicata: tamam canım gələcəm, get görən olunca, Nicat Aylının alnınan öpüb getdi. Sərdar əsəblə – Aylına: yəqinki nəfəsin gəlir artıq, oksigen qəbul etdin, işnə dönə bilərsən Aylın xanım. Aylın Sərdarın özünü qısqandığını anladı. Aylın – Sərdara: yeri – yerində çatmadı, ancaq axçama kimi idarə edər Sərdar bəy. İşimə dönə bilərəm artıq, yanından keçib getdi. Sərdar gözlərini bir anlıq yumaraq, özünü ələ almağa çalışdı, öz – özünə: səni gərək atdıraydım içəri, üzünə həsrət qalardın. Aylının ardınca getdi əsəblə.
Axşam olurdu, iş saatı bitməyə az qalmışdı. Ramiz – Dilqəmə: sən Nicata get, mən Aylınla görüşəcəm. Dilqəm masadan açarlarını telefonunu götürüb – Ramizə: qardaşım, Nicatın buraxdığı səhvdən sonra, məncə axlın başına gəlmişdir. Bax orda Aylının yanında Sərdar olacaq, bilirsəndə?
Ramiz – Dilqəmə: mənə nə ondan? mənə artıq Aylının təhlükəsizliyi önəmlidir. Dilqəm şüphəli baxışlarla baxaraq, – Ramizə: tamam, mən Nicatla olacam, səndə gələrsən Aylından sonra. Ramizdə ayağa qalxıb, masadan telefonunu açarlarını götürüb – Dilqəmə: tamam qardaşım görüşərik, getdi otaqdan çıxıb.
Sərdarla Aylınada, işdən çıxmaqçün hazırlaşırdılar. Sərdar Nicatın öpdüyünü gördükdən sonra, Aylınla bir kəlmə kəsməmişdi danışmamışdı. Kefsiz idi, – Aylına: hazırsansa çıxaq. Aylın – Sərdara: oha Sərdar bəy danışa bilirsənmiş, şaşırtdın məni. Sərdar incik və əsəblə – Aylına: səndə məni şaşırtdın Aylın xanım öpüşməyinlə, bu söz Aylına təsir etdi. Aylın – Sərdara: uşaqsanmı sən? – Aylına: mən dışarda gözləyirəm səni. Ggəl gedək sevgilinə çatdırım səni, doya – doya oksigenini alarsan. Məndə çox yorğunam yatmaq istəyirəm, səndən fərqli olaraq hər zamandakı kimi, tək tənha. Aylını gözləmədən çıxdı getdi. Aylın öz – özünə: sizinlə alınan oksigeninizədə, hər şeyinizədə, əsəblə qarşısındakı kağızları əliylə masadan geri itələyib, baxdı üzgün baxışlarla.
Sərdar gəlib maşının yanında dayanıb, cibindən siqaret çıxarıb yandırdı, tüstüsünü ciyərlərinə alaraq incik – üzgün baxışlarla baxdı.
Aylın otaqdan çıxırdı Cəmilə gəldi, yanında firma paltarı geyinmiş oğlan vardı, əlində çantayala. Cəmilə – Aylına: Aylın xanım, təhlükəsizlik qapımızda nasazlıq yaranmış, adam gəlmiş təmiriçün. Aylının kefi yox idi, – Cəmiləyə: nə lazımdır etsin, haqqınıdan artıqlamasıyla ödəyərsiniz.
oğlan – Aylına: Aylın xanım sizdən bir xayişim var, əgər mümkünsə təklikdə demək istəyirəm. Aylın tələsirdi, bilirdi Sərdar əsəbi və küskün idi, özünü gözləyirdi dışarda. Aylın – oğlana: siz mənə deyəçəklərinizi Cəmilə xanıma desəniz o həll edər, mən tələsirəm getməliyəm. Oğlanın üzünün ifadəsi dəyişdi, – Aylına: mən ailəmlə əlaqədar deyəcəkdim. Aylın xanım qalsın, bağışlayın mənə qapının yerini göstərsinlər, təmir edim. Aylın dayanıb baxdı, anladı oğlanın başqa dərdi olana oxşayırdı, Aylın – Cəmiləyə: mən göstərərəm təmir ediləCək qapını, siz gedə bilərsiniz Cəmilə xanım. Cəmilə təşəkkür edib getdi. Aylın – oğlana: buyur bu tərəfdən, oğlan sevindi, Aylın getmədi özüylə gəlməyə razılaşdı deyə. Oğlan – Aylına: sizin gərçəkdəndə gözəl ürəyiniz var Aylın xanım.
Aylın gətirib təhlükəsizlik qapısını göstərdi, – oğlana: təmir edəcəyiniz qapı budur. Siz mənə nə deyəcəkdiniz? ailənizdən birisini şirkətimizə işə qoymaqçünmü xayiş edəcəkdin? inşallah başqa probleminiz yoxdur. Olsada üzülmə, mən yardım edərəm sənə tamammı? həyatda problemsiz insan yoxdur.
Oğlan çantasını açıb əlinə əlcəklərini geyinərək, telefonuyla kiməsə mesaj yolladı. Oğlan – Aylına: yox Aylın xanım, işlə əlaqədar deyil. Təhlükəsizlik qapısını açıb baxdı dışarı. Aylın – oğına: bu həyatda ölümdən başqa hər şeyə çarə var. İnan bacardığım yardımı əsirgəməyəcəm de buyur. Oğlan dönüb Aylına peşman baxışlarla baxdı, sanki Aylının insanlıq davranışı onun ürəyinə toxunmuşdu. Ancaq artıq gec idi, qapını açmışdı, Aylının həyatını təhlükyə atmışdı. Bir anda içəri üzü maskalılar girdilər, Aylının üzünə nə isə fısqırtdılar, beyni dumanlandı özündən keçindi. Tez birisi qucağına alıb Aylını apardı, ardınca obirlərdə çıxdılar. Oğlan elə peşman olmuşdu Aylını təslim etdiyinə, qayıdıb birisi işarə etdi ki, tələssin getməyə. Tez çantasını götürüb çıxdı, oların ardınca qaçaraq getdi.
Şirkətin qarşısında Sərdar gözləyirdi saatına baxa – baxa, öz – özünə: dedim axı yorğunam. Maşın dayandı, Ramiz maşından enib gəldi. Ramiz – Sərdara: Aylın çıxmadımı? Sərdar əsəblə – Ramizə: çıxmadı, yarım saatdır gözləyirəm. Cəmilə yaxınlaşdı, – Sərdara: Sərdar bəy, Aylın xanıma usta gəldi. Bizim təhlükəsizlik qapısında nasazlıq olmuş, təmir edəcək. Aylın xanıma önəmli deyəcək sözü olduğuçün, mənim qalmamı istəmədi, Aylın xanım onunla getdi. Sərdarla Ramiz bir – birinə baxdılar şüphəli baxışlarla. Sərdar – Cəmiləyə: tanışdırmı o Aylına? Cəmilə çiyinlərini çəkərək, yox bənzəmədi tanış olana. Sərdar qaçaraq şirkətə getdi, ardınçada Ramiz qaçdı. Cəmilə öz – özünə: nə oldu ki? narahat oldu, özüdə oların ardınca tələsik getdi.
Sərdar gəlib baxdı qapı açıq idi, nə usta, nədə Aylın vardı. Ardınca Ramiz yetişdi – Sərdara: hanı Aylın? görməyincə həyəcanlandı, tez qapıdan çıxb ətrafa baxdı. Sərdarın həyəcandan axlı durdu bir anlıq, öz – özünə: Allah mənim cəzamı versin, lənət olsun bağırdı! Cəmilə gəldi, heçnə anlamadı – Sərdara: Sərdar bəy nə oldu? anlamadım, bir şeymi oldu. Sərdar divara söykənib, dizlərinə əllərini qoyub dərindən – dərindən nəfəs alara. Çox çətinliklər – Cəmiləyə: get de kamera çəkilişlərinə baxsınlar, mənə o gələn tipi tapsınlar tələs. Cəmilə anladı yaxşı bir şey olmadığını, tələsik qaçaraq getdi. Ramiz gəldi dışardan, – Sərdara: kim etdi bunu? niyə qoydun onu tək? əsəbləşib Sərdarın yaxasından tutaraq bağırdı. Ramiz – Sərdara: bir qadını iki kişi qoruya bilmədiniz siz, nə zibillər oldunuz başıma. Hanı Aylın? hanı deyirəm susmasana.
Sərdar peşman olmuşdu, Ramizə müqavimətdə göstərmirdi, keyləşmişdi sanki.
Aylını xarabalıq yerə gətirib, əllərini arxaya bağlayıb otuzdurmuşdular sutulda.
Üzünə fısqırdılan qazın təsirindən, zorla gözlərini aça bildi, qarşısındakılardan heç kimi tanımadı. Aylın – olara: şərəfsizlər üzümə zibili fısqırtmasanız, mənə gücünüz yetməz deyə çoxmu qorxdunuz? Sizin kişilik qeyrətinizə …olsun, alçaq çaqqallar. Aylının oları alçaltmasına məhəl qoymamağa çalışsalarda, içlərində birisi gərçəkdən şərəfsizin böyüyünə bənzəyirdi. Alçaq – Aylına: o dilinə sahib olda, vaxtı çatmadan kəsməyim. Aylın – ona: kəsən soruşub kəsmir, səndə o hünər hardadır şərəfsiz. Yaxınlaşıb tutarlı bir yumuruq vurdu başından, Aylının burnundan qan gəldi. Yanındakılar – ona: dedilər toxunmayın, duymadınmı? çəkil vurma, Aylının başında küt ağrı vardı zərbənin təsirindən, – ona: əlin sanki incə qız əlidir. Budurmu gücün şərəfsiz? getdiyi yerdən dönüb, bir – neçə dəfə vurdu Aylını. Tez başqaları gəlib qolundan tutub, sakitləşdirməyə çalışdırdılar, – ona: nə edirsən? problem yaratma özünədə, bizədə.
Qapı təmiriçün gələn oğlan gədi. Aylının burnunun – ağzının qanadığını görüb dönüb baxdı. Oğlan – olara: kim vurdu? heç kim demədi. Əsəbləşdi bağırdı! – olara: kim vurdu dedim, duymadınızmı? obirilər vurana baxdılar. Anladı Aylını onun vurduğunu yaxınlaşdı, bir söz demədən alnıyla burnundan vurub yıxdı yerə. Burnundan qan gəldi, yıxılan – oğlana: ona görə mənimi vurdun? bizə şərəfsiz dedi. Yerdən yaxasından tutub qaldıraraq, əsəblə – ona: qadına əl qaldıran o əllərini santım – santım qıraram bil. Sən məni anladınmı? qorxub artıq cavab qaytarmadı, yaxasından kobutca itələyib – ona: rədd ol su dəsmal gətir tez ol, bağırdı. Tez getdi tərs – tərs Aylına baxaraq, burnunun qanını silə – silə. Oğlan yaxınlaşıb baxdı, – Aylına: Aylın xanım bağışla, üzür istəyirəm səndən o mərəfətsizin etdiyi hərəkətə görə. Aylın baxdı yavaş səslə – oğlana: həyat nə qəribə deyilmi? bəzən hansısa səbəblərdən, insanı heç sevmədiyi və bacarmadığı işlərə məcbur edir.
Oğlan çox gözəl anlayırdı, Aylın nə demək istəyirdi. Oğlan – Aylına: məcbur insanı xaricən dəyişə bilsədə, daxilən əsla dəyişə bilmir. Az vaxtdan dəsmalla su gətirib, yanına qoydu gedib kənarda dayandı. Oğlan dəsmalı suda nəmlədib, Aylının burnunu qanını sildi ehtiyatla. Oğlan – Aylına: səni pula görəmi qaçırtmağımızı əmir etdilər?
Aylın – oğlana: bilsəm düzgün cavab verərdim sənə. Aylının başında ağrı vardı, – oğlana: əlimi açarsanmı? oğlan dərindən nəfəs alıb, dəsmalı kənara qoyub əllərini açdı. Oğlan – Aylına: səndən xayiş edirəm, qaçmağa çalışma. Bax başqaları tərəfindən vurlmanı istəmirəm inan.
Aylın əliylə başının vurulan yerindən bərk – bərk sıxıb tutaraq, – oğlana: inan heç fikrimdə yoxdur qaçmaq. Ən azından sənə qədər mənədə maraqlıdır, kim tərəfindən və nəyçün qaçırıldığım. Dəsmalı götürüb bir əliylə başını tutaraq, bir əliylə burnunun qanını sildi. Oğlan dönüb tərs – tərs əsəblə baxı Aylını vurana. Başqasının telefonuna zəng gəldi, tez cavab verdi kiməsə, dediyimiz ünvandadır gözləyirik. Aylın anladı, ona gələn zəngin özünü qaçırdıran adam tərəfindən olduğunu. Oğlan ayağa qalxıb, gedib zəng gələnə – adama: nə dedilər? az vaxtda burda olacaqlar dedilər. Oğlan sanki istəmirdi, Aylını kiminsənin əlinə verməyə. Narahat üzgün əlini üzünə çəkib, peşman baxışlarla baxdı. Oğlan – Aylına: sənin kiməsə borcun və ya başqa problemin varmı?
Aylın dəsmalı suda nəmlədib sıxaraq, – oğlana: borcum kimsəyə yoxdur. Ancaq problemim nə qədər desən var. Oğlan cibindən siqaret çıxarıb yandırıb çəkdi, Aylına baxıb nə isə fikirləşdi. Aylın heç olara baxmadan, dəsmalla qanını silirdi.
Sərdarla Ramiz kameralara düşmüş, şirkətə usta kimi girib Aylını qaçıran oğlana baxırdılar. Sərdar telefonda Aylının babasıyla danışırdı, bir əliylə başını tutub ona olanları anlatırdı. Cəmilə qorxmuş, ülkək baxışlarla baxırdı olara. Sərdar telefonu cibnə qoyub – Ramizə: Aylının telefonunu atmışlar, yerini telefonuyla izləməsi mümkün deyilmiş. Ramiz əsəbləşib bağırıb, yumuruqlarını masaya vurdu. Ramiz – Sərdara: kim etdi bunu, Fazil şərəfsizimi? Cəmilənin yanlarında olmasına məhəl qoymadan, Ramizin bu sözü deməsinə görə baxdı. Sərdar – Cəmiləyə: Fazil bəy tanıdığınız kimi birisi deyil Cəmilə, bunu sizə indi anlatmağa vaxtım yoxdur. Bacarsan, burda olanları sirr olaraq saxla ki, sənində həyatın təhlükədə olmasın, tamammı?