- -
- 100%
- +
Cəmilə – Sərdara: Sərdar bəy, mən Aylın xanımı çox istəyirəm. Ona bir şey olmasın, məndən söz çıxmaz narahat olmayın. Sərdar – Ramizə: məncə bu Fazilin işi deyil, təxmin edirəm kimdir, gəl mənimlə. Tez qaçaraq şirkətdən çıxdılar. Cəmilə kövrəldi, keçib əyləşib öz – özünə: aman Allahım sən qoru.
Qapı açıldı, içəri kiminsə gəldiyini görüb hər kəs ayağa qalxıb gözlədilər. Aylın heç baxmırdı gələn kimdir, əlində dəsmalla başını tutub oturmuşdu. Qarşısında bahalı ayaqqabılarla kiminsə gəlib dayandığını gördü, yenədə baxmadı. Aylın onun danışığından səsindən, kimin olduğunu bilməkçün gözləyirdi. Gələn – Aylına: necə demişlər Aylın xanım? etdiyin pisliklərin və yalanların, geci – tezi bir gün qarşına çıxar və cəzanı çox ağır ödəyərsən. Aylın səsindən kimin olduğunu anlamağa çalışsada, axlına gətirə bilmədi kimdir deyə. Gələn – Aylına: sənin bu halda, qarşımda belə oturmanı görməyə isətməzdim. Sən özün – özünü bu hala saldın, səndən ailəmi qorumaqçün başqa çarə buraxmadın mənə. Sənə nə lazımdır bizdən, pulmu? gəlib adam kimi desəydin yardım edərdim, mən pis biri deyiləm.
Aylın başını qaldırıb baxdığında, qarşısında atasının dayandığını görüb anladı. Ümidin ona gərçəkləri dediyini və bunada atasının inanmadığını. Aylın əlini atasının bahalı ayaqqabısının üstünə qoyub, gülümsədi. Aylın – atasına: başqa evladlar ata qucağında böyüyüb, əllərindən tutduğunda. Mənə illər sonra ayağına toxunmaq qismət oldu. İnanıram ki, ailəni məndən qorumaqçün düz olana qərar verəcəksən Rəhim bəy. Atası ayağını geri çəkdi – Aylına: sən ruh xəstəsisənmi? yoxsa özünü belə göstərib, mənim sənə yazığım gələcəyini düşünürsənsə, səhvin var. Mən icazə verə bilmərəm, sən səbəb olub oğlum qatil olsun. Məndən sənə son bir təklifim olacaq, istəmirəm sənin həyatını yarımçıq qoyum, təklifimlə razılaş yaşa. Mən səni burdan indicə götürüb, axıldan kəmlərin xəstəxanasına yerləşdirəcəyəm və sən bir daha ordan çıxmayacaqsan. Mənim kantrolum altda olacaqsan, ömrünün son gününə kimi. Aylın – atasına: inan məni kimsə kantrol altında saxlaya bilməz, belə səhv təklif edərək, başına bəla etmə məni. Bilirəm oğlunu və həyat yoldaşını çox sevirsən. Oların həyatını təhlükəyə atma, qoyaq nöqtəsini bitsin bu iş. Atası biraz baxıb, dərindən nəfəs alaraq – Aylına: sənin kimi ruh xəstəsi illər öncə həyatıma girmişdi. Çox cətinliklə ondan ailəmi qurtara bildim, bu nə cəzadır mən sizlərdən çəkirəm. Sanki o şərəfsizin qızısan, illər sonra qarşıma çıxdın deyərdim, ancaq Allah o alçağa evlad vermədi. Bunu dəqiq bilirəm, sən onun qızı ola bilməssən.
Aylının gözləri bi ixtiyar doldu, ağlamamaqçün özünü zor tuturdu. Gərçəkdən nə qəribə durum deyildimi? qarşısında doğmaca qızının olduğunu, necə hiss edə bilmirdi ürəyi. Aylın yavaş səslə öz – özünə: qarşımda anam olsaydı, bəlkədə ürəyi hiss edərdi qızı olduğumu.
Atası şüphəli baxışlarla baxaraq, – Aylına: sən mənə başqa çarə buraxmadın, bağışla ailəmi qorumalıyam. Aylın – atasına: mən sənə halal edirəm canımı, qanımı, sonunda yad deyilik Rəhim bəy. Atası dahada əsəbləşdi, saatına baxdıb -yanındakılara: ikki saatdan sizə zəng etməsəm, bitirin işini. Getmək istəyirdi, – atasına: düz qərar verdiyinçün təşəkkür edirəm, çalış zəng etmə, oğluna yoldaşına yaxşı bax. Atası çox çətin qərar vermişdi, özüdə pis olmuşdu.
İki saatdan, anldınızmı? tez getdi ordan, artıq cavab vermədi Aylına. Aylın qolundakı saata baxıb, dərindən nəfəs aldı. Kənarda dayanıb özünə baxan – oğlana: mənə bir qələm, kağız verərsənmi? bir məktub yazacam. Mən öldükdən sonra, məktubu dediyim adama çatdırmanı istəyirəm. Oğlan sakitçcə söz demədən, gedib kağız – qələm gətirib verdi. Aylın götürüb təşəkkür etdi, hamı bir qəribə baxırdı. Aylının qorxmadan, qaçmağa cürəət etmədən, ölümünə razılaşmasına. Oğlan peşman – peşman kənarda dayanıb baxırdı. Aylın nə isə yazırdı kağıza, sanki tələsirdi qorxurdu! yazısını bitirmədən ölüm vaxtı çatardı.
Sərdar Aylının atasının evinə gəldi Ramizlə, qapının zəngini əlini götürmədən basırdı. Gözətçi gəlib qapını açıb, – Sərdara: nə edirsən sən?
Sərdar gözətçi qapını açan kimi, onu dinləmədən itələyib içəri girdi, adınca Ramiz getdi. Gözətçi əlindəki simsizlə xəbər verdi ki, evə basqın var, tez qaçaraq getdi ardlarınca. Sərdarla – Ramizi başqa gözətçilər qarşıladılar əllərində silahlarla, – olara: durun yerinizdə, bir addım atsanız atəş açacağıq. Sərdar bağırıb səslədi! Ümid çıx hardasan. Az vaxtdan Ümidin anası çıxdı səsə, gözətçilərdən birisi tez onun qarşısına keçdi. Sevda xanım xayiş edirik evə keçin, təhlükəlidir burda olmanız. Sərdar əsəblə bağırdı! Ümid çıx dedim hardasan. Ümid gəldi, əllərində adamlarının Sərdarla – Ramizə qarşı silah dayadıqlarını görüb, – olara: salın silahları aşağı. Ümid – Sərdara: buradamı gəlməyə cəsarət etdin? İanana bilmirəm. Gərçəkdən nə istəyirsiniz bizdən siz? Sərdarın həyəcandan sanki ürəyi dayanacaqdı. Sərdar – Ümidə: Aylını sizmi qaçırdınız? atan hardadı çağır onu, desin omu qaçırdı.
Anası – Ümidə: bunlar kimdir oğlum? nələr olur. Aylını niyə qaçırsın ki atan?
Sərdar istəmirdi anasına gərçəyi deyib, şok yaşatsın qadına. Sərdar – Ümidə: yalvarıram sənə ağır atanı, Aylın hardadır bir səhv etmədən dursun. Bu vaxtdı həyətə atasının maşını girdi, dönüb baxdılar. Anası – Sərdara: yenə Aylınmı? bu Aylın mənim ailəmə bəlamı kəsildi? nələr olur gərçəkdən.
Sərdar – anasına: Aylın kimsəyə bəla kəsilmədi, Sadəçə siz onu səhv tanımısız xanım.
Anası əsəbləşdi, – Sərdara: oğlum iki dəfə ona görə vuruldu, nəyini səhf tanımışammış Aylın xanımınızın. Atası maşından endi baxdı, kefsiz idi. Atası – yanındakılara: kim bunlar? nə isə pıçıldadılar, dahada əsəbləşdi.
Yaxınlaşdı baxdı Ramizlə Sərdara, siz Aylını burdamı axtarırsınız? polis çağırmadan tərk edin evimi. Sərdarın gözündən qaçmadı atasının gözlərində olan peşmanlıq və yalan. Sərdar – atasına: Aylına bir şey etmədin, elə deyilmi? atası bağırdı! – Sərdara: dedim tərk edin evimi. Aylın – Aylın – Aylın, gərçəkdən başıma bəla oldu bu Aylın mənim. Görmədim, bilmirəm və maraqlıda deyil.
Atası – oğluna – arvadına: bunları dinləməyin yalançı moşenniklərdilər, keçin evə, əsəblə evə getdi. Sərdar dərindən – dərindən nəfəs aldı, anlamışdı Aylının yoxa çıxmasında, atasının əli vardır. Fazil şərəfsizinin işi deyildi bu dəfə. Özünü pis hiss etdi, yıxılmamaqçün əlini atdı, tez Ramiz qolundan tutudu ki, yıxılmasın. Sərdar nəfəsini zorla alırdı, – anasına: ərinizə deyin, Aylının yerini desin mənə. Ümid qabağa gəlib, Sərdarın ağzından bir yumuruq vurdu. Ramiz Sərdarı tutdu yıxılmasın.
Ramiz – Ümidə: əllə – qolla hərəkət edəcəyinə, hələ gec deyil bacını qurtar atandan. Anası bu sözü duyub, pərt baxdı. Anası – Ümidə: bacınımı? oğlum bunlar nə deyirlər?
Ümid – anasına: atamı duymadınmı? moşenniklərdilər bunlar, Aylın qarışıq. Bizim ailə arxivimizə girmişlər, Aylın özünü bizim qızınmız kimi qələmə vermiş və pul qopartmağa çalışır, başqa heçnə. Anası əlini sinəsinə tutub, həyəcanla baxdı. Arvat – Sərdara: aman Allahım, günah deyilmi? belə yalan deyib, necə başqalarının hissləriylə oynaya bilirsiniz? mənim illər qabaq ölmüş. Mənim qızımı rahat qoyun, rədd olun burdan, ağladı.
Atası geri qayıdıb, arvadının qolundan tutub, gəl canım indi oları polislər gəlib rədd edəcəklər. Ramiz dözmədi bağırdı! -olara: sizə görə Aylın zülüm çəkdi. Ancaq siz gözəl həyat yaşadınız, öz doğma qızınıdan xəbəriniz belə olmadı. Lənət olsun, deyin onun nə günahı vardı? Aylın sizin, Fazil şərəfsiziylə şəxsi probleminizin qurbanı oldu. Yazıq doğulduğu günüdən buyana gün görmədi, insafsızlar, bağrdı! Bu sözü eşitdiklrəində, getdikləri yerdə dayandılar, bir – birinə baxdılar şüphəli baxışlarla.
Ramiz susmadı, – olara: sizin qızınız ölmədi sağdır, sizdən onu Fazil şərəfsizi çalaraq, bu günə kimi planlar qurdu. Aylını başqa ailədə böyütdü, sonunda başardı, atasına doğma qızını öz əliylə vurduraraq, ürəyinə dağ çəkmək istədi. Ramizin gözlərindən yaş süzüldü, nə ola de vurmadın onu, etmədin belə iş. Sərdarın artıq halı qalmamışdı, Ramizin qollarından sürüşüb yerə oturdu. Atasını sanki ilan vurdu, bu artıq yalan ola bilməzdi. Anasının başını döndü, yıxılacaqdı tez yanında dayanmış gözətçilərdən birisi tutdu. Atası sanki key olmuşdu, baxa qalmışdı.
Ümid artıq anladı ata – anasının üz ifadələrindən, Aylın gərçəkdəndə doğma bacısı idi, çox üzüldü. Ümid – atasına: ata bacımın harda olduğunu bilirsənmi? yaxınlaşıb hələdə keyikib qalmış atasının çiynindən tutub sirkələdi. Umid – atasına: ata məni duyursanmı? cavab ver. Atası şokdan ayılmağa çalışdı, tez qolundakı saatına baxdı. Birdən xatırladı, yol gələrkən zəng etməməkçün telefonun maşının aynasında yola atmışdı, öz – özünə: yox mən qızımın qatili ola bilmərəm. Allahım bunu mənə yaşatma, tez maşına tərəf qaçıb bağırdı! qapıları açın. Atasının arxasınça Ümid qaçıb, öz maşınına əyləşdi. Ramiz yerdə düşüb qalmış Sərdarı qaldırıb, – Ümidə: gözlə dur getmə, tez maşına tərəf apardı. Sərdarı otuzdurub yanına əyləşdi, qapnı örtüb – Ümidə: bas qaza atanın ardınca bağırdı!
Ümid maşının qazına basaraq, süəətlə həyətdən çıxdı atasının ardınca.
Nicatın heçnədən xəbəri yox idi, kefi yaxşı idi, Aylın axşam gələcəkdi söz vermişdi. Xalası əlində sinidə çaylarla gəldi, – Nicata: oğlum sənin gizlin qaçmana əsəbləşsəmdə, artıq rahat olduğunu görməyim ürəyimə rahatlıq verdi. Nicat xalasına çayları qoymağa yardım edib, üzündən öpüb əyləşdi. Telefonunu götürüb Aylına mesaj atdı, mesajın çatmadığını görüncə öz – özünə: telefonunun enirjisimi bitdi?
Xalası – Nicata: nə oldu oğlum? əyləşib çayını götürüb, bir qurtum içdi. Nicat – xalasına: mesajım çatmadı Aylına. Xalası gülümsəyərək, – Nicata: yəqin enerjisi bitmişdir, narahat olma oğlum gələr bir azdan, qızımçün məndə darıxmışam. Sevdiyi yeməkləri hazırlaşımışam.
Nazlı gəldi Dilqəmlə əyləşdilər. Dilqəm Nazlının anasından utanırdı, çox nazik davranırdı həmişə gəldiyində. Anasıda Dilqəmin tərbiyəsinə – mərəfətinə dəyər verirdi. Anası – Dilqəmə: oğlum çayınızı için, birazdan Aylın qızımda gələcək, axşam yeməyimizi birlikdə yeyəcəyik. Dilqəm təşəkkür edib, çayını götürüb bir qurtum içməmişdi, telefonuna zəng gəldi. Baxdı Ramiz idi, tez cavab verdi alo qardaşım, nə duydusa, əlindəki çay fincanı yerə düşdü dağıldı. Hamı baxdılar, Dilqəmin üzünün ifadəsi dəyişdi. Dilqəm ayağa qalxıb, nəə? sən nə danışırsan qardaşım. Əliylə üzünü – boynunu silirək, Nicatala xalasına baxdı, telefonu qulağından qıraq çəkib, bilmədi nə desin, nə etsin. Nicat – Dilqəmə: nə oldu? elə bil şüphələndi, ayağa qalxdı. Nicat – Dilqəmə: Aylınla əlaqəsi varmı? Dilqəm üzgün baxışlarla baxaraq. Həyəcanlı titrək səslə, – Nicata: Aylını işdən çıxarkən atası qaçırtmış, indi onun ardınca gedirlər.
Nicat həyəcanlandı, xalası ürəyinin üstünə əlini qoyub, aman Allahım qızıma bir şey etməsin, hönkürüb ağıadı. Nazlı tez anasının yanında əyləşib, sakitləşdirməyə çalışdı. Nicat həyəcanlandı, biranda nə edəcəyini bilmədi. Nicat – Dilqəmə: hardaymış Aylın? hara gedirlərlərmiş demədimi?
Tez telefonunu götürüb Ramizə zəng etdi. Ramiz açmırdı, Nicat öz – özünə: aç bu zibili cavab ver. Ramizdən cavab gəldi, Nicat qorxmuş səslə – Ramizə: hardadır Aylın, yerini de mənə tez ol. Biraz qulaq asıb, nəə? sən nə danışırsan? əliylə alnını tutub geri yerinə oturdu, baxa qaldı.
Xalası Nicatın durumundan dahada qorxdu, qızım deyib çığırıb ağlamağa başladı. Nicatın gözləri yaşardı, – Dilqəmə: atası bu dəfə gərçəkdən ölüm əmrini vermiş Aylının. Alnını qoluna qoyub ağladı içini çəkə – çəkə. Dilqəm dönüb Nazlıya və hönkürüb ağlayan anasına baxdı. Allahım bu nə sınaq idi? Dilqəmin ürəyindən küt sancı keçdi. Aylına olan dostluq – insanlıq sevgisi, əvəzsiz idi. Dilqəm öz -özünə: bu qədər haqsızlıq ola bilməz, gərçəkdən günahdır Allahım etmə, gözlərindən yaş süzüldü. Nazlıda ağlamağa başladı anasını qucaqlayıb. Nicat yerindən qalxıb bağıraraq, dışarı qaçdı. Diqləm bir – birinə qısılıb ağlayan ana – balanı çarəsiz tək qoyub, Nicatın ardınca qaçdı.
Atasının ardınca maşınla gəlib dayandılar xarabalıq bir tikintinin qarşısında. Atası maşından enərək, qaçıb getdi Aylını saxlayan yerə tərəf, ardınca Ümidlə Ramiz qaçaraq getdilər.
Sərdarın halı qalmamışdı həyəcandan, arxalarınca yetişə bilmirdi, taqəti qalmamışdı. Yazıq qorxurdu! axlına pis şeylər gətirərək, kövrəldi. Sərdar yavaş səslə qapıya yetişib, canım nə olar məni tərk etmə, nə olar Allahım mənim canımı al, ona toxunma.
İçəri girdiklərində kimsə yox idi. Atası həyəcanla ətrafa baxdı, tez Aylın oturan yerə yaxınlaşdı. Qızını qoyub getdiyi yerdə çox qan izləri vardı, yerə dizləri üstə çöküb, əliylə qana toxunub baxdı. Atasının əli əsməyə başladı, dərindən – dərindən nəfəs alıb, peşman – üzgün baxışlarla baxdı. Ramiz gəlib qan izini gördükdə, az qala dəli olacaqdı bağırdı! Aylınnn. Qardaşı ikki əlləriylə başını tutub baxırdı, atasına və yerdəki qan izlərinə, göz yaşlarına boğudu, çarəsizdilər.
Razmizin Aylın deyib bağıran səsini Sərdar duyduğunda, qapıda yıxıldı, içini çəkə – çəkə ağladı yumuruqlarını yerə vuraraq.
Atasınında gözlərindən yaş gəlirdi, gözünə yaxında qoyulmuş kağız və kağızın üstünə qoyulmuş qol saatı sataşdı. Əli əsə – əsə saatı – kağızı götürüb baxdı xatırladı, saatı qızının qolunda görmüşdü. Çox peşman idi, saatına üzünü qısıb ağladı qızım deyə, atası alnını qızının qanı tökülmüş yerə qoyub, ağladı bağıraraq. Ümid yaş süzülən gözlərylə atasının yerdən qaldırdı. Artıq gec olmuşdular, Aylın vurulmuşdu və iz itirməkçün aparmışdılar. Atası oğlunu qucaqlayıb bağıraraq! qızım deyib elə ağladı ki, ürəklərə dağ çəkirdi ah – naləsi. Ramiz dəli kimi geri – geri addımlayaraq, qaçıb çıxdı ordan.
Dışarı çıxıb, yerə yıxılıb qalmış Sərdara baxıb öz – özünə: yox – yox sən ölə bilməzsən Aylın. Ramizdə Sərdarın yanında dizləri üstə çöküb ağladı, bu nə pis dərt idi, hər kəsi pərişan etmişdi Aylının ölümü. Sanki hər kəs, ən dəyərli bir şeylərini itirmişdilər əbədi olaraq.
Maşından enib Dilqəmlə Nicatda qaçaraq gəldilər, bunların hallarında anladılar gec olduqlarını. Nicat içəri baxıb, Aylın deyib qaçaraq getdi.
Nicat gəlib oğluna sarılıb ah – nalə çəkib ağlayan atasına baxdı, gözləri sanki yerindən çıxacaqdı, inana bilmirdi qızının qatili öz doğma atası olduğuna. Nicat yavaş addımlarla yaxınlaşdı, birdən yerə axmış qanı görüb pis oldu, dizləri üstə qan ləkələrinin üstünə çökərək, əllərini qana sürtərək ağladı. Titrək səslə, canım bunu mənə yaşatma, nə olar ölmə, nə olar. Nicatın ağlaşı, atasının qalan ürəyinidə əridirdi, qorxmuş – çarəsiz uşaq kimi oğluna qısılıb, hönkürüb ağladı. Ümid yerə tökülmüş bacısının qanına baxıb, içini çəkə -çəkə ağlayırdı. Hər kəs bir tərəfdə yıxılıb qalmışdılar, göy üzüdə elə qaralmışdı ki, sanki buludlarda göz yaşlarını tökəçəkdilər bu olan haqsızlıqlara. Yazıq Aylın hər kəsin qarşısında, günahsız – günahkar olmuşdu. Çox yormuşdu bu zalım həyat onu, buda qəmli bir son idi, ürəklərə dağ çəkirdi yoxluğuyla. Tez – tez çəkdiyi məsəl, sanki birazdan olaçaqdı. Tufan qopacaqdı yağış yağacaqdı, ancaq hər kəs Aylınsız islanacaqdılar. Bu qopacaq tufandan, atıq kimin qorxusu vardı ki? Sərdar ağlayırdı göy üzünə baxaraq.
Aylının yoxluğundan bir ay keçmişdi. Fazil alçağındanda o gündən xəbər yox idi, ortalıqlarda artıq görsənmirdi. Nicat xəstə yatırdı yataqda. Xalası zorla qaşıqla ağzına yemək versədə, yeyə bilmirdi halı qalmamışdı. Xalasıda üzülüb tamam əldən düşmüşdü, yazığın göz yaşları bitib tükənmirdi. Nicatçün, qızıçün, ayaqda zor qala bilirdi, Aylınsız hər şeyləri məhv olmuşdu.
Ramiz işə getmirdi, evdə qardaşıyla üzgün gözləri yaşlı, vaxtını keçirirdi. Telefonunada cavab vermirdi, qardaşı böyümüşdü. Ramiz fikirə dalır, uşaq gətirib oyuncaqlarını verirdiyndə fikirdən ayılıb, çarəsiz gülümsəyib, baxırdı. Tez bir anda da, üzünün ifadəsi dəyişirdi. Aylını xatırlayırdı, ürəyi qan ağlayırdı.
Dilqəm Nazlıyla şirkətdə Ramizsiz çalışırdılar, iş qalmışdı tək öftəsində, çox yorulurdu. Nazlınında, Dilqəmində, o gündən bu yana üzləri gülməmişdi. Aancaq işlə məşğul olaraq, çalışırdılar başlarını qatsınlar. Aylını axıllarından çıxarmaq əlbətddə qeyri mümkün idi, çarəsiz ayaqda qalmağa çalışırdılar.
Aylının anası gərçəkləri bldikdən sonra, atasını günahlandıraraq, qızının ölümünə səsbəb olmuş deyə danışmırdı, evdən getmişdi başqa evə. Ümid yazıq qalmışdı ortalıqlarda çarəsiz, bilmirdi anasıylamı qalsın, yoxsa hər gün Aylının atasına yazdığı məktubu oxuyaraq, tək otağında göz yaşlarını axıdan atasıylamı. Anasıda çox ağlayırdı, gecəsi – gündüzünə qarışmışdı. Yazıq ana illər öncə itirmiş düşündüyü qızının, eyni şəhərdə böyüyüb boya – başa çatdığını bilə bilməmişdi. Hardan biləydi? bu qəddarlığı körpə qızına edərdilər deyə. Ümid çox sınmışdı və peşman idi, vaxtında inamadığıçün özünü günahlandırırdı. Bacısının özünü acılamasını xatırlayıb, göz yaşlarını axıdaraq gülümsəyirdi, hər kəs axlını oynatmasada, bir şey qalmamışdı.
Hər kəsdən bir başqa, Sərdarın üzüntüsünü sözlə ifadə itmək qeyri mümkün idi. Üzünü saqqal basmışdı, yazıq özünə yer tapa bilmirdi, canı göynəyirdi. Hər keçən gününü – gecəsini, Aylının ölüb getmiş valideyinlərinin məzarlarının yanında oturaraq keçirirdi. Çox zəyifləmişdi, göz yaşlarıda qurumuşdu sanki. İnsan nə qəribə məxluq deyilmi? hər kəs deyirdi Aylınsız ölərik yaşamarıq, pərişan olsalarda, kimsə həyatından olmamışdı. Çətində olsa dözürdülər, yıxılsalarda qalxırdılar. İnsan dözən dərdi Allah daşa versəydi, daş dözməzdi param – parça olardı.
Bəlkədə Aylının ölüsünü görmədikləriçün, ümidləmi yaşayırdılar? heç kim bilə – bilməzdi. Oların ürəklərində olan yanğını – çarəsizliyi, təkcə özlərindən başqa kimsə bilməzdi. Sərdarın artıq kimsəsi qalmamışdı. Hər şeydən əlini üzüb küskün oturmuşdu, dizlərini qucaqlayıb məzarlara baxırdı sakitcə. Arxadan kiminsə səsi duyuldu, – Sərdara: qaraşım. Sərdar o qədər zəyifləmişdi ki, səsin kimə ait olduğunu axlına gətirə bilmədi, başını qaldırıb baxdı. Gələn Fəda idi, gördüyündə elə kövrəldi ki, ayağa qalxmağa çalışdı, halı olmadığından çətinlik çəkdi. Fəda tez gəlib qalxmağa yardım edib, baxdı. Fədanın gözləri yaşardı, – Sərdara: qardaşım etmə belə, Aylını acıtma- sızlatma. Fəda belə desədə, özüdə çox üzülmüşdü Aylının yoxluğundan. Tez Sərdarın boynunu qucaqlayıb özünə sıxıdı. Fəda gözlərinin yaşına hakim ola bilmədi, göz yaşları üzünə süzüldü. Sərdar zorla qollarını Fədanın boynuna sala bildi, gücü qalmamışdı. Çoxdandı ağlamırdı, Fədanı quşaqlayıb hönkürərək elə ağladı ki, Fədanın ürəyi yandı odsuz – alovsuz. Fəda – Sərdara: can qardaşım can. Sərdar ağlaya – ağlaya – Fədaya: Aylın yoxdur artıq, tərk etdi məni insafsız. Bax nə hala qaldım onsuz, burda oturub, səbirsizliklə ona qovuşacağım günümü gözləyirəm qardaşım. Fədanın bi ixtiyar gözlərindən yaş süzülürdü. Sərdarı bərk – bərk qucaqlayıb sıxıb tutdu ki, yıxılmasın.
Beləcə bir neçə günərdə keçdi. Fəda zorla Sərdarı otelə gətirib, həkimə yoxladaraq yatağına yatızdıra bilmişdi. Sərdar günü – gündən zəyifləyirdi, ayağa qalxmağa taqəti qalmamışdı Aylını itirdiyi andan. Fəda yanında oturub üzgün – çarəsiz, nə edəcəyini bilmirdi.
Ümid atasıyla söhbət edirdi, şirkətdə kefsiz oturmuşdular. Ümid – atasına: nə oldu tapa bildinmi, killerlərini? sözünü çox çətinliklə deyə bildi. Bacımı harda dəfin ediblər cümləsini, düzgün qurub deməyə çətinlik çəkirdi. Atasının ən yanıqlı yeri idi, toxunduqca qanayır, içinə damla – damla axırdı acısı. Fazil alçağı, sonunda qızının qatili olmasına yardım etmişdi. Atasəı – Ümidə: yox, adamlara tapşırmışam axtarıllar. Sanki elə bil yer yarılmış yerə girmişlər, birindən səs – soraq yoxdur. Ümid fikirə dalıb, – atasına: anam səni bağışlamayacaq, bunu bilirsənmi? bağışlamaz əsla. Atası üzgün – peşman baxışlarla baxaraq, – oğluna: niyə bunları mənə deyib, ürəyimi ağrıdırsan oğlum? azdırmı yaşadıqlarım. Ümid – atasına: bunda tək sən günahkar deyilsən ata. Sənin qədər məndə günahkaram, bilirsənmi niyə? kaş inanaydım onun doğmam bacım olduğuna. Sənə deməzdim, gizlin saxlayardım sirrini ömrümün sonuna qədər. Dilim quruyaydı sənə gəlib dediyim yerdə, bacımın qatili olmayaydıq. İkki əlləriylə başını tutub, yaşarmış gözləriylə baxaraq – atasına: hara oldu o şərəfsiz Fazil… alçağı? niyə bu qədər vaxtda ondan xəbərsiz olmusan sən.
Atası -Ümidə: o alçaq şərəfsiz düşman, səni lənətə gələsən ilan. Şərəfsiz… məndən evladımı oğurlayıb, illərlə gizlin saxlamış. Bu qədər illərdə plan qura bilmişsə, mən hardan bilə – bilərdim onun yaşadığını? mən o alçağı vurmuşdum gəbərsin deyə. Sən anlayırsanmı məni? murdarların neçə canı olurmuş, sağ qalmış pislik, əsəbləşib yumuruğunu masaya vurdu.
Anası başqa evdə yaşayırdı, ərindən – həyatından tam küsmüşüdü. Divanda oturub, həyatına üzgün – peşman fikirə dalmışdı, gözlərindən yaş süzülürdü. Qızına – özünə edilən haqsızlıqlardan yanmışdı yazıq qadın. Qapının zəngi basıldı fikirdən ayıldı, qalxıb qapıya getdi kefsiz – yorğun addımlarla.
Gəlib qapını açan zaman öz – özünə: oğlum evin açarlarınımı unutdun? açdı aqpını. Qapıdakının oğlu olmadığını görüb, yad baxışlarla baxdı qarşısında dayanana. Yörün səslə, – qarşısındakına: kimsiniz, kimə baxmışdınız? sizi mənə xadimə və ya aşpaz kimi ərim göndərdisə, bilin mənə kimsə gərək deyil, gedin yormayın mən. Qarşıdakı – arvada: məni kimsə göndərmədi, özüm gəldim. Mən bu həyatdda qalan günlərimi qulluğunuzda durmaq istəyirəm, mənə qarşılığında heç bir şey ödəmək gərək deyil. Mən nə aşpaz kimi, nədə xadimə kimi gəlmədim. İzin verib məni qəbul etsəniz, illərlə həsrət qaldığım üzünü doyunca görərək, istiliyini hiss edərdim başqa evladlar kimi.
Mən sənə gəldim anacan, qızın Aylınam. Anasının qapıdan tutumuş əli yanına düşdü, qulaqlarına inanmadı, həyəcanlandı. Gərcəkdən qarşısındakı doğma qızı Aylın idi, ölməmişdi şükürlər olsun. Anası bütün olanlardan – yalanlardan şok yaşamışdı, yazıq qalmışdı şaşqın baxaraq. Aylını heç görmədiyiçün, bilmirdi gərçəkdən qızıydımı – deyildimi. Nə isə demək istədi, danışa bilmədi. Aylın anasının boynuna sarılıb, qucaqlayıb ağladı. Aylın – anasına: ölmədim anacan, bu dəfədə ölmədim, səninçün həyatdda sağ qala bildim. Anası artıq anladı, qarşısındakı üzünə illər öncə həsrət qaldığı, doğma evladı idi. Qızım canım, balam, səsi titrədi əlləri əsdi. Aylına sarılıb elə ağladı ki, insan olan hər kəsin ürəyinə toxunardı ana fəryadı, ağlaşı, yanğısı, yazığı günahsız çox yandırmışdılar.
Aylını təkrar – təkrar üzündən – alnından öpərək, qoxlayıb qucaqlayaraq, yana – yana içini çəkərək ağlayırdı. Anası – Aylına: sən mənə döndün qızım, döndün məni tərk etmədin. Allahım dualarımı duydu, bu qədər haqsızlıq ola bilməzdi bizə qarşı. Allahım çox şükürlər olsun sənə, qızımı qaytardın mənə. Aylının üzündən ikki əllləriylə tutub, öpməkdən doymudu. Anası – Aylına: bağışla qızım, bağışla məni. Canım qızım bağışla, səni qoruya bilmədim pisliklərdən, haqsızlıqlardan. Qızının üzündən öpə – öpə qoxusunu alaraq, saÇlarını sığallayıb, təkrar bağrına basıb hönkürərək ağlayırdı.
Aylında göz yaşlarına boğulmuşdu, anasını sakitləşdirməyə çalışırdı. Qucaqlayıb bərk – bərk özünə sıxıb, üzündən – saçlarından, öpərək yaş süzülən gözləriylə baxırdı. Doymurdu anasının nur üzündən, qoxusundan. Sonunda anasının ürəyi dözmədi, özündən keçindi qızının qollarına düşdü. Aylın anası yıxılmasın deyə, qapıda yerə otuzdurub qucaqlayıb tutdu. Aylın – anasına: anacan nə olar özünə gəl, üzünü sığallayıb öpdü. Aylın qucağında qalmış anasını bərk – bərk uşaq kimi qucaqlayıb, özünə qısıb tutumuşdu.
Sanki əlindən alacaqlarından qorxurdu, illərin anasız həsrəti – qorxusu, özünü biruzə verirdi.
Axşam olurdu, Ümid – atasına: mən anama gedirəm. Allah bilir yenə heçnə yeməmiş, səhərdən axşama kimi. Atası üzülürdü, dərindən nəfəs alıb – oğluna: yanınada kimsəni qoymur, qəbul etmir. Qalan ürəyimizdə anan üzür bitirir, get bax mənə mesaj yaz necədir. Zəng etdiyimdə telefonumu açmır, qapını üzümə açmır, nə günə qaldıq Allahım. Ümid – atasına: başqa nə gözləyirdin ata? atasının yazıq – peşman baxdığını görüb, başqa söz demədi. Telefonunu açarlarını götürüb, çıxdı otaqdan. Atası öz – özünə: Allah mənim cəzamı versin. Daha bundan artıq nə cəza verə bilər ki? dərindən nəfəs alıb baxdı, nifrət dolu baxışlarla.
Nicat yatdığı yerdən ayağa qalxdı, başı döndü az qaldı yıxılsın, geri yerinə əyləşdi. Nazlı gəldi, – Nicata: gəl yardım edim gedək, anam gözləyir yeməyə. Nicat – Nazlıya: canım heçnə istəmir siz yeyin. Nazlı əl çəkmədi, zorla qolundan tutub qaldırıb – Nicata: elə şey yoxdur. Sən yeməsən bizdə yeməyəcəyik, gəl dedim. Zorla yavaş addımlarla otaqdan çıxardı.
Xalası süfrəni hazırlamışdı, ağladığıda hiss olunurdu gözlərindən. Nicatı görüb gülümsəməyə çalışdı, oğlum gəl sevdiyin yeməkləri hazırladım. Qolundan tutub oturmasına yardım etdi Nazlıyla. Yanında əyləşib, saçlarını – üzünü sığallayıb – Nicata: belə olmaz oğlum, yeməlisən ayaqda qalmançün. Nicatın gözləri yaşardı, – xalasına: kiminçün ayaqda qalmalıyam? Aylın artıq yoxdur xala. Onsuz həyatım söndü, məhv oldum mən. Xalası saçlarından öpdüb, göz yaşlarına hakim olmağa çalışırdı ki, Nicat dahada üzülməsin – qırılmasın. Xalası – Nicata: Aylın ölmədi, Nicat pərt xalasına baxdı.