Ramazan - bağışlanma ayı

Uşaqlar üçün Ramazan ayı haqqında ilk müasir almanax. Din, elm və əyləncə — bir arada. Çox maraqlı tərtibatla hazırlanmış, rəngarəng illüstrasiyalı 72 səhifəlik kitabdır. Uşaqlar Ramazan haqqında biliklərini artıracaq, İslam dini ilə elm arasında əlaqəni görəcək və Ramazan ab-havasına qərq olacaqlar.
Məzmunu:
* Qurandan hekayələr (surələrin tərcüməsi və transkripsiyası ilə)
* Allahın ismləri - Əsma-ul Husna
* Şeirlər, komikslər, krossvord, tapmacalar və yaradıcı tapşırıqlar
* Rəqəmlər bölməsi, fantastik hekayə, resept, rəngli kağızdan əl işi
* Ramazan, oruc, fitrə zəkatı və Qədr gecəsi haqqında məlumatlar, dualar və s.



