Bu kitab cəsarət, səbir və Vətənə sevgidən bəhs edir. Bu, bir uşağın gözü ilə görünən mina təmizləmə prosesinin, itirilmiş torpaqların geri qayıdışının və bir gün yaşıl lövhənin — Ərazi təmizlənib. Təhlükəsizdir lövhəsinin asılacağına olan inamın hekayəsidir.
12+ yaşlı uşaqlar üçün nəzərdə tutulub. Kitab təhlükəsizlik qaydalarını, vətənpərvərliyi və ANAMA əməkdaşlarının fədakar əməyini sadə və təsirli dillə izah edir. .










